Əsas Səhifə > Güney Press > "Sadəcə olaraq insultun ağır formasıdır...

"Sadəcə olaraq insultun ağır formasıdır...


22-05-2024, 17:59
"Sadəcə olaraq insultun ağır formasıdır...
“Anamın vəziyyəti daha da ağırlaşıb. Hazıda “Semaşko” da reanimasiyadadır. Həkimlər bizi çağırdı, xəstəxanaya gəldik. Bir neçə gün əvvəl yaxşı idi, indi daha da pis olub. Ciyərləri tamamilə sıradan çıxıb, bundan əlavə də insult olub. Həkimlər deyir ki, komadan ayılıb yenidən həyata qayıtması möcüzədir. Çarəsiz vəziyyətdə xəstəxananın həyətində gözləyirik. Həkimlər əllərindən gələni edirlər”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev bildirib. Aktyorun oğlu deyir ki, anası 8 ildir ki, qaraciyər serrozundan əziyyət çəkir.
“Onu hər zaman müaclidə edib, qayğısına qalırdıq. Sadəcə olaraq insultun ağır formasıdır. Qaraciyər xəstəliyi kənarda qalıb. Tək çarəmiz dualara qalıb. Həmişə atamın dostları dərmanlarının alnmasında bizə kömək edib. Çünki dərmanları çox baha idi. Atam anamı bu vəziyyətdə görsəydi ürəyi partlayardı. Anamı həmişə qoruyurdu. Son gününə qədər də qorudu. Sizin vasitənizlə Arif Quliyevin ailəsi olaraq Mədəniyyət Naziri cənab Adil Kərimliyə və Səhiyyə Naziri cənab Teyur Musayevə müraciət edib, dəstək istəyirik. Bu vəziyyətdə anamı xəstəxanadan çıxarmaq qorxuludur. Sadəcə onların nəzarətini və dəstəyini hiss etmək istəyirik. Yanımızda olub bizə dayaq olmaları bizə stimul olar” deyə Rövşən Quliyev bildirib.

Geri qayıt