Əsas Səhifə > Güney Press > Erməni kilsəsi ən böyük təsir agentidir, bunu aradan qaldıracağıq

Erməni kilsəsi ən böyük təsir agentidir, bunu aradan qaldıracağıq


22-05-2024, 17:54
Erməni kilsəsi ən böyük təsir agentidir, bunu aradan qaldıracağıq
“Ölkəmizdə kilsə ictimai fikirə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib.

O vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik” – Paşinyan belə deyib.

Geri qayıt