Əsas Səhifə > Güney Press > BANM-də “Addım At” Forumu keçirilib

BANM-də “Addım At” Forumu keçirilib


22-05-2024, 17:16
BANM-də “Addım At” Forumu keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Addım At” Forumuna ev sahibliyi
edib. Tədbir “Aloha World” xaricdə təhsil şirkətinin baş sponsorluğu və
“Addım At” platformasının təşkilati dəstəyi ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov tədbirə ev
sahibliyi etməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Eləcə də
gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha məsuliyyətli
olmağa və ekologiyanı qorumağa çağırıb.
Daha sonra spikerlər-Everestə çıxan ilk azərbaycanlı qadın, “Bizimlə gəl”
turizm agentliyinin rəhbəri Elmira Aslanova “Sənin Everestin nədir?”, KFC
Azerbaijan-ın əməliyyatlar üzrə meneceri Şaiq Zamanov “(U)KFC çempionu
olmaq sənin əlindədir!”, “Addım At”, “Xaricdə çörək”, “Aloha World”
layihələrinin rəhbəri Toğru Ələkbər “Əsrimizin Əliabbası”, eləcə də
“Edulance” təhsil və təlim mərkəzinin və “Outside” təbiət turizm şirkətinin
rəhbəri Hüseyn Həsənov “Sən nec(ç)ə insansan?” və İnternat Məzunlarının
Sosial İnteqrasiyası İctimai Birliyinin yaradıcısı və rəhbəri Araz Əhmədov
“Neçə yaşın var?” mövzuları ilə çıxış ediblər. Öz karyera, şəxsi inkişaf və
təhsil təcrübələrindən danışıblar.
Forum bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PRO LOG Beynəlxalq
Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova və chapple.ai və pixite.ai
layihələrinin həmtəsisçisi, reel.az şirkətinin rəhbəri Cəfər Nəcəfovun panel
müzakirələri ilə davam edib.
Forum böyük maraqla qarşılanıb.

dia-az.info

BANM-də “Addım At” Forumu keçirilib
BANM-də “Addım At” Forumu keçirilib
BANM-də “Addım At” Forumu keçirilib

Geri qayıt