Əsas Səhifə > Güney Press, Manşet > Tariyel Əkbərovla bağlı şikayətlər SƏNGİMİR...

Tariyel Əkbərovla bağlı şikayətlər SƏNGİMİR...


22-05-2024, 15:57
Tariyel Əkbərovla bağlı şikayətlər SƏNGİMİR...
“Müstəqil Həmkarlar” İctimai Birliyinə müraciət edən şikayətçilər Bakının 3 saylı xüsusi internat məktəbinin direktorundan narazıdırlar.

Reportyor.info xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən, sağlamlıq imkanları məhdud olan uşaqlara aid 3 saylı xüsusi internat məktəbinin bir qrup müəllim və tərbiyəçi heyəti məktəbin direktoru Tariyel Əkbərovla bağlı şikayətlənib.

Müraciət edən şəxslər direktorun məktəbdə çalışan işçilərin əmək hüquqlarını pozmasından, müəllimlərin dərs saatını kəsməsindən, ixtisaslı mütəxəssisləri işdən qovmasından, məhkəmələrdə süründürməsindən, işçi hüquqlarını pozmasından şikayət ediblər. İnternat məktəbinin müəllimləri müraciətlərində bildiriblər ki, direktor müəllimləri şagirdlərin qarşısında təhqirdən belə çəkinmir, onları alçaldır. Müəllimlərin müraciəti İB tərəfindən araşdırılacaq, əlaqədar strukturlara göndəriləcək.

Tariyel Əkbərovla bağlı şikayətlər SƏNGİMİR...

Geri qayıt