Əsas Səhifə > Güney Press > “İrəvanın Bakı ilə qarşıdurmada uğur qazanmaq şansı yoxdur”

“İrəvanın Bakı ilə qarşıdurmada uğur qazanmaq şansı yoxdur”


15-05-2024, 18:04
“İrəvanın Bakı ilə qarşıdurmada uğur qazanmaq şansı yoxdur”
Ermənistanın baş naziri Nikol Paşinyan Bakının sülh səylərini dəstəkləyəcəkləri ilə bağlı açıqlama verib. Maraqlıdır, rəsmi İrəvan verdiyi vədə əməl edəcəyi təqdirdə cari ilin sonuna kimi sülh müqaviləsinin imzalanması mümkündürmü?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Qasımov bu ehtimalı kifayət qədər böyük olduğunu qeyd edib:

“Regional proseslər özünün son mərhələsinə yaxınlaşdıqca bir mərhələnin tamamlanması mütləq olur ki, yeni mərhələyə keçid edilsin. Paşinyan da Azərbaycanla olan problemlərinin elə mərhələyə gəldiyinə inanır ki, artıq bu mərhələdən sonra Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa yolu qalmır. Məsələ ondadır ki, Paşinyan yaxşı başa düşür ki, Azərbaycanla davam edəcək gərginlikdə ancaq Azərbaycan qazanacaq.
Ermənistanın bu qarşıdurmadan hansısa minimal uğur əldə etmək şansları yoxdur. Bura Azərbaycanın yanında olan Türkiyəni də əlavə etsək, Paşinyan düşdükləri bu durumu ən azı müsbətə doğru dəyişməyi istəyir. Qarşıdurmadan qazana bilmədiklərini sülhdən əldə etmək istəyir. Xarici havadarlarının da Ermənistanın köməyinə gələ bilmədiklərinə əmin olduqdan sonra artıq sülhün Ermənistan üçün ən böyük qazanc olacağı gerçəyini anlayırlar.

Paşinyanın vergiyi bəyanat təbii ki, Azərbaycan üçün prioritet məsələdir. Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh çağırışları ilə çıxış etmişdi. Görünən odur ki, Azərbaycan da sülhdə maraqlıdır. Dövlət başçısı sülhün yaxın olduğu mesajlarını verir. Müharibə dövrünün başa çatdığını qeyd edir. Azərbaycan Prezidentinin mövqeyi də Paşinyanı ürəkləndirir. COP29 tədbirinə kimi sülh müqaviləsi imzalamaq haqda fikirlər getdikcə artır.

Sülh müqaviləsinə hazırlıq çərçivəsində Qazaxıstanın ikitərəfli görüş təklifinin də işə yaradığı hiss edilir. Son olaraq Paşinyanın verdiyi Azərbaycanla sülh müqaviləsi imzalanmasını vaxtı çatıb bəyanatı hesab edirəm ki, realdır və ilin sonuna kimi baş tuta bilər”.

Geri qayıt