Əsas Səhifə > Güney Press > Ruslarla münasibətimizin

Ruslarla münasibətimizin


15-05-2024, 17:12
Ruslarla münasibətimizin
Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması Azərbaycan diplomatiyasının uğurudur:
"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılması Moskva ilə Bakı arasında münasibətlərdə də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərindəki missiyası ikitərəfli münasibətlərdə müəyyən suallar, tərəddüdlər yaradırdı. Biz məlumdur ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Hesab edirəm ki sülhməramlıları qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verdi".

Analitik əlavə edib ki hər halda bu prosesin başlanmasından əvvəl sülhməramlıların Azərbaycan ərazisini tərk edəcəyinə şübhə edənlər də kifayət qədər idi:
"Hətta sülhməramlıların bölgəni tərk etməsinin vaxtı yaxınlaşdıqca rəsmi Bakı və Moskva arasında ziddiyyətlərin yaranacağı düşünülürdü. Şükür ki, sözügedən hadisələrdən heç biri baş vermədi. Hazırda sülhməramlıların regionu tərk etməsi prosesi problemsiz şəkildə yekunlaşmaq üzrədir. Düşünürəm ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Cənubi Qafqazın gələcəyi üçün yeni imkanlar vəd edir və bununla bölgədə qalıcı sabitliyin təmin olunmasına imkanlar yaradır".

Geri qayıt