Əsas Səhifə > Güney Press, Manşet > Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI...

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI...


15-05-2024, 16:58
Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI...
Az əvvəl xəbər verdik ki, Ədliyyə Nazirliyində yeni təyinat olub.

dia-az.media xəbər verir ki, Orxan Cəlilov nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Rəsmi xəbərə görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.

Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.

dia-az.media bildirir ki, bu təyinat heç də birmənalı qarşılanmayıb və tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova öz fikirlərini belə təqdim edib:

"Bu gün Aynur Sabitova xanımın öz xahişi ilə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən ayrıldığından xəbər tutdum. Sözün düzü mənim üçün bu xəbər olduqca gözlənilməz idi. Aynur xanımın öz işinə sevgisi, işində peşəkarlığı, insanlarla komunikasiya bacarığı, insanlar arasında hörməti, işində operativliyi bütün onunla əməkdaşlıq edən tərəflərdə yeni məmur obrazının müsbət nümunəsini təqdim edib. O, gördüyü bütün işlərində müsbət enerji ötürüb və ötürür. İnsanlara ümid verməyi, ədalətə inanmağı, dövlətçiliyi sevməyi, sadiqliyi, əminliyi öz enerjisi ilə ötürür və numunə ola bilir.
Bəzən problemin həllində hətta işinin çoxluğuna baxmayaraq, səninlə istənilən yerə getməyi, problem həll edilməyənəcən dayanmağı bacarıb. Bilmirəm, səmimi deyim ki, belə bir kadrın Ədliyyə Nazirliyi kimi dövlət qurumundan ayrılmasını həmin qurum üçün böyük itki hesab edirəm. Aynur xanım peşəkarlıqla yanaşı gender həssas insandır. Mən hələ bir dəfə də olsun onun sterotiplərə söykənib danışdığını görmədim. Hüquq onun üçün əsas mənbədir. Eyni zamanda həyatımda ilk adamdır ki, kimsə haqqında mənfi bir fikir səsləndirdiyini görmədim. Bu qədər bacarıq və savadlılığı, peşəkarlığına rəğmən ( baxmayaraq ki həqiqətən çoxlarından üstündür) heç vaxt öz üstünlüyünü gözə soxmağı, onunla qürrələnməyi özünə rəva bilmir.
Mən əminəm ki, Aynur xanımın yuxarıda qeyd etdiyim keyfiyyətlərinə laiq yerdə öz yerini tutuacaq. Çünki, o ən yaxşı kadr və ən yaxşı İNSANDIR.
Aynur Sabitova xanım qazandığı sevgi, nüfuz, işləyəcəyi hər hansı yerdə onu həmişə müsbət mənada fərqləndirəcək. Çünki, O özünü yox, dövlətini, millətini düşünüb onlar üçün çalışanlardandır. Məhz hamı onu buc ür görüb, bu xarakterdə tanıyıb. dürüstlük, insanlıq, səmimilik, peşəkarlıq, prinsipallıq və sevgi. Toxunduğu bütün işlərdə ən böyük sevgini yarada bilənlərdəndir bizim əvəzsiz Aynur xanımımız..."

Qeyd edək ki, dia-az.media-nun rəhbəri Məhəmməd Ərsoy da öz münasibətini açıqlayaraq baş verən dəyişikliyi belə şərh edib:

"Aynur xanım orda sözümüzü eşidən bəlkə də yeganə adam idi... Deməli, qulaqlar TAM TIXANDI..."

Tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqularının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə yeni kadr dəyişikliyini bir cümlə ilə şərh edib:

"Nazirliyin ədalətsiz siasəti.."

Geri qayıt