Əsas Səhifə > Güney Press > Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub

Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub


15-05-2024, 14:57
Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd bir sıra rayonlarından çıxarılması müzakirə olunub.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz görürük ki, sərhədçilərin çıxarılmasının Bakı ilə İrəvan arasında müştərək sərhəddə üçüncü ölkələrin nümayəndələrinin yerləşdirilməməsinə dair razılaşma çərçivəsində həyata keçirildiyi iddia olunur. Reallıq isə ondan ibarətdir ki, Rusiya və Ermənistan liderləri arasında danışıqlar zamanı Ermənistanın xahişi ilə tərəflər Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd bir sıra rayonlarından çıxarılmasını müzakirə ediblər”, - M.Zaxarova bildirib.

Geri qayıt