Əsas Səhifə > Güney Press > Qarabağda yaşayan ermənilər orduda XİDMƏT EDƏCƏK?

Qarabağda yaşayan ermənilər orduda XİDMƏT EDƏCƏK?


15-05-2024, 14:02
Qarabağda yaşayan ermənilər orduda XİDMƏT EDƏCƏK?
Bu gün Qarabağ iqtisadi rayonunda sayları az olsa da, ermənilər yaşayır. Hər iki xalqın bir-biri yaxınlaşması üçün zamna lazımdır. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və onların konstitusion hüquqları tanınır. Amma hazırda onların məskunlaşması istiqamətində müəyyən işlər görülür. Amma bir sıra məqamlar hələ qaranlıq olaraq qalır. Onlardan biri də həmin ermənilərin orduda iştirakıdır. Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağ erməniləri Azərbaycan Ordusunda hərbi xidmət edəcəklər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Xankəndi və ətraf ərazilərdə yaşayan bəzi ermənilər var ki, onların Azərbaycanda qalması və orduda xidmət etməsi indiki mərhələdə real görünmür:

"Onların hələ neçəsinin rəsmi olaraq Azərbaycan vətəndaşlığını qəbul etdiyini bilmirik. Bu baxımdan həmin ermənilər ilə bağlı fərqli davranış olacaq. Uzun zaman ermənilər və azərbaycanlılar arasındakı müharibə gərginliyi hələ bitməyib. Onlar hərbi xidmətə göndərilərsə araşdırmalar aparılıb. Belə ki, onların görə biləcəyi işlər və orduda necə xidmət edəcəkləri barədə hamısı hesablanmalıdır. Əsgərlər onların erməni olduğunu bilsə, necə davranacaqları və reaksiya göstərəcəyi məlum deyil. Bu baxımdan indiki məqamda mümkün deyil".

Ekspertin sözlərinə görə, ErmənilərQarabağda yaşaması və problemlərin yaşanmaması başqa bir məsələdir. Amma bu o demək deyil ki, bütün azərbaycanlılar dövlət kimi düşünür:

"Dövlət təbii ki, Xankəndidə yaşayan ermənilərə öz vətəndaşı kimi baxır. Onlar ilə bağlı heç bir problemləri yoxdur. Amma hesab edirəm ki, bu məsələ çox erkəndir. Çünki bunun baş verməsi böyük problemlər yarada bilər. Bu Azərbaycanın özü üçün ciddi ziyanların yaratması ehtimalı var. Bu həqiqətən asan bir məsələ deyil. İndiki məqamda onların orduda iştirak etməsi gündəmə gətirilməyəcək. Uzun illər sonra bəlkə buna baxıla bilər. Amma yaxın tarixdə bu baş verməyəcək".

Geri qayıt