Əsas Səhifə > Güney Press, Üst manşet > Qarabağ qazisinə ŞİKAYƏT QADAĞASI...

Qarabağ qazisinə ŞİKAYƏT QADAĞASI...


15-05-2024, 08:43
Qarabağ qazisinə ŞİKAYƏT QADAĞASI...
"DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı ( XŞTMF) Bakı İnzibati
Məhkəməsinin 7 il qabaq qəbul etdiyi 05.07.2017 tarixli , 2-1(81)-
1889/17 saylı Qərarını 6 ildən sonra 01.04.2023-cü ildən özbaşına,
dələduzluqla, mənimsəmə məqsədilə “ləğv edib”, pensiyama bu
Qərarla əlavə olunan 110 manatı kəsib. 1 ildir şikayət edirəm, borclu
XŞTMF-nin özbaşınalığına nəinki son qoyulur, əksinə Filial bütün dövlət ,
ədliyyə, məhkəmə, hüquq orqanlarını rüşvətlə satın alıb, ölkədə
Konstitusiyanın olmadığına rüşvətlə inandırıb".
Dia-az.info bildirir ki, bunu öz gileyində Qarabağ qazisi Məğrur Bədəlsoy
ifadə edib. Qazimiz daha sonra başına gələnləri belə nəql edir:
"Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 19.06.2023,
14.08.2023, 09.09.2023 tarixli , 2-1(81)-1889/17 saylı TƏLƏBNAMƏ
ilə borclu inzibati orqandan 1 BİİM-in 05.07.2017 tarixli, 2-1(81)-1889
saylı Qərarının İCRA VƏZİYYƏTİ və QAYDASI haqqında ətraflı
məlumatın QISA MÜDDƏTDƏ məhkəməyə təqdim olunmasını İPM-
in 60-cı maddəsini vurğulamaqla TƏLƏB EDİB . Məhkəmə Hüquq
Şurasından daxil olan şikayətimə 5 aydan sonra h. G. Sevdimalıyeva
13.10.2023 tarixli məktubla yazıb ki, Bakı İnzibati Məhkəməsinin 2-
1(81)-1889/17 saylı , 15.07.2017 tarixli qərarı CAVABDEH
TƏRƏFİNDƏN İCRA EDİLMİŞDİR. Belə özbaşınalıq olar? Tələbkar
mənəm və mənə məhkəmə qərarı ilə ayrılan 110 manatın hesablanması
2023-cü ilin 1 aprelindən dayandırılıb. Hakim hansı sənədə, sübuta,
qanuna, Konstitusiyaya əsaslanıb , məhkəmə qərarının icra olunduğunu
bildirir?! Məhkəmə Konstitusiyanı üstün tutmalıdır, yoxsa borclu inzibati
orqanın rüşvətini? G. Sevdimalıyeva hakimdir, yoxsa DSMF-in rüşvət vəkili?
Şikayətlərim ali dövlət hakimiyyəti, hüquq orqanlarından Bakı İnzibati
Məhkəməsinə göndərilir, di gəl, nəinki Konstitusiyaya sayğısızlığa son
qoyulur, əksinə, məhkəmə ( hakimi) özü Konstitusiya ilə təminat verilən
məhkəmə təminatı hüququna qadağa qoyur!(?) Məhkəməyə müraciət
hüququna kobud qadağaya baxın, hakim Günel Sevdimalıyeva PA-dan,
Ədliyyə Nazirliyindən gələn müraciətlərə cavabında ölkədə Konstitusiyanı
borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin rüşvətindən aşağıda
tutduğunu , məhkəmə qərarını qanunun ləğv etdiyini bildirir və
məhkəməyə ünvanlanan növbəti müraciətlərə baxılmayacağını
qadağanedici şəkildə nəzərə çatdırır !(??)
Məhkəmənin, hakimin tələbkarın icranı tələb etməsinə qadağa qoymaq,
ərizəyə baxmayacağını öncədən bildirmək hüquq və vəzifəsi vardır?
İnzibati Prosessual Məcəllənin ( İPM) 116-120 maddələrində hakimin
xidməti vəzifəsinin nədən ibarət olduğu yazılıb. Dövlət İmtahan Mərkəzinin
testindən , Hakimlərin Seçki Komitəsinin sual-cavabından necə və neçəyə
keçməyi bilmirik, amma , heç olmasa, hakim görəvinə yiyələnəndən sonra
İPM-in xidməti görəvlə bağlı bircə maddəsini oxumaq belə çətindir? Mülki
Prosessual Məcəllənin 4.2 maddəsini məhkəməyə müraciətimə
baxmaqdan imtina edən məhkəmə hakiminin diqqətinə çatdırıram:”
Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi
ETİBARSIZDIR”.
Konstitusiya Məhkəməsinə, digər məhkəmələrin vurulan
qarşısıalınmaz zərəri bərpa edə bilməməsi , daha düzü, etmək istəməməsi
əsası ilə, birbaşa şikayətim əsaslandırılmadığından geri qaytarılıb. Bu da
əsas: məhkəmə məhkəməyə müraciətə rəsmi məktubla qadağa qoyub !
Avropa Məhkəməsinə şikayətə baxılması uzun çəkir, bir də hökumət
Avropaya “təpik-yumruq atır”, Konstitusiya Məhkəməsi isə bir
addımlığımızdadır, məhkəməyə müraciət hüququna “əsaslandırılmış”
qadağadan əsaslandırılmış şikayətə baxmaqda çətinlik çəkməz".

Geri qayıt