Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Gözəllik salonunun sahibi əməliyyat üçün Bakıya gəldi...

Gözəllik salonunun sahibi əməliyyat üçün Bakıya gəldi...


21-04-2024, 19:53
Gözəllik salonunun sahibi əməliyyat üçün Bakıya gəldi...
Rusiyadan olan Yekaterina Kovalenko Azərbaycanda uğursuz blefaroplastika əməliyyatı zamanı üzünün eybəcərləşdirildiyini iddia edib.

Artıq bir ildir ki, o, saçının arxasında yara və yara izlərini gizlədir və dəhşətli ağrılardan şikayətlənir.

“Cebhe.info” xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı yazır.

Kovalenko özü Volqoqrad vilayətində gözəllik salonunun sahibidir.

O, resursa bildirib ki, keçən il sallanan göz qapağını və çənəsindəki çapıqları düzəltmək qərarına gəlib. Qadın internetdə azərbaycanlı həkim Səlim Rəhimovu tapıb, rəyləri öyrənib:

“Əvvəlcə Moskvada əməliyyat olunmaq istədim, lakin cərrah hələ Rusiyaya gələ bilməyəcəyini dedi və məni Bakıya dəvət etdi”.

SHOT-un məlumatına görə, əməliyyat təxminən səkkiz saat çəkib.

“Anesteziyadan dərhal sonra xəstə şiddətli ağrı hiss edib. Sarğıları çıxaran kimi üzündə qeyri-bərabər tikişlər və şiddətli yanıqlar görüb, lakin həkim bunun normal olduğunu deyərək tezliklə sağalacağına əmin edib.

Ancaq şişlik azalmayıb və ağrı getdikcə şiddətlənib. Həkim mesajlara cavab verməyib. Rusiyada həkimlər Yekaterinaya bildiriblər ki, azərbaycanlı həkimin işini çətin ki, cərrahiyyə adlandırmaq olar”,-deyə kanal yazır.

Xanım bildirib ki, əməliyyat olunduğu klinikada nəticələri düzəltməkdən imtina ediblər. Zərərləri də kompensasiya ediilməyib. Əməliyyat 250 min rubla başa gəlib, tərəflər arasında mübahisə bir ildir ki, davam edir.

Bir gün əvvəl Yekaterina tibbi müayinədən keçmək üçün Bakıya uçub, o, yerli prokurorluğa ərizə ilə müraciət edəcək.

Bu proseslərlə yanaşı, o, yeni cərrahi müdaxilələrə hazırlaşır, ən azı üç əməliyyat keçirəcək. Cərrah üzdəki çuxurları doldurmaq üçün qarın boşluğundan yağ toxuması götürməli olacaq. O, nəticələri düzəltmək üçün daha 1,5 milyon rubl ödəməli olacaq.

“Yekaterina üzünü “Miyagi” kimi tanınan musiqiçi Azamat Kudzayevin atası Kazbek Kudzayevin rəhbərlik etdiyi Estetik Cərrahiyyə Mərkəzində düzəldəcək”, - resurs yazır.

“Cebhe.info” qarşı tərəfin mövqeyini yayınlamağa hazırdır.
Geri qayıt