Əsas Səhifə > Güney Press > Ruslar bizim

Ruslar bizim


18-04-2024, 17:17
Ruslar bizim
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağdan vaxtından öncə çıxarılması Azərbaycan üçün tarixi bir hadisə kimi saymaq lazımdır. Çünki Azərbaycan ərazisində artıq heç bir səbəblə heç bir hərbi qurum və birləşmə yoxdur. Biz Rusiyanın yanında deyilik. Rusiya bizim qonşu dövlətdir və bizim Rusiya ilə çox yaxın əlaqələrimiz var. Azərbaycanın Rusiya ilə dostluq münasibətləri Azərbaycanın maraqları çərçivəsində qurulub və məsələyə bu istiqamətdən yanaşılıb. Rusiya ilə Azərbaycan tərəfdaşdır".
Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanla Rusiya strateji əməkdaşlıq və tərəfdaşlıq haqqında sənəd imzalanıb. Sənəd 41 bəndən ibarətdir və Azərbaycanın maraqlarına uyğun şəkildə tərtib olunub.

Şair Ramaldanovun fikrincə, istənilən məsələdə Qərb Ermənistanın üzərində, Ermənistanın ərazisində istədiyi təsiri həyata keçirə bilir.

“Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması Azərbaycana qarşı revanşist və separatizm meylləri və bu istiqamətdə hansısa xəyalları heç etdi. Azərbaycan bir daha göstərdi ki, müstəqil, güclü ölkədir və öz maraqlarını təmin edə bilən, müdafiə edə bilən dövlətdir. Azərbaycanın güclü, nüfuzlu lideri var və bu lideri, cənab İlham Əliyevi Azərbaycan xalqı dəstəkləyir”-deyə Şair Ramaldanov vurğulayıb.

Geri qayıt