Əsas Səhifə > Güney Press > “Freedom Hous”un təhrikçi və təxribatçı mövqeyi sülh prosesinə mane olur"

“Freedom Hous”un təhrikçi və təxribatçı mövqeyi sülh prosesinə mane olur"


13-04-2024, 13:28
“Freedom Hous”un təhrikçi və təxribatçı mövqeyi sülh prosesinə mane olur"
“Freedom Hous” insan haqları təşkilatının 2024-cü ildə keçid dövründə olan ölkələr: Regionun avtokratyalara və demokratyalara bölünməsi” adlı açıqladığı hesabatda Azərbaycana qarşı yenə də qərəzli və qeyri-obyektiv yanaşma sərgiləyib. Hesabatda Rusiyanın Ukraynaya təcavüzü və Qarabağda baş verənləri eyniləşdirməsi və hər ikisini “avtoritar ekspansiyanın dağdıcı nəticəsi” adlandırması təkcə qərəzin deyil, həm də nifrətin fobiyanın təzahürüdür. Bu hesabatı hazırlayanlar maksimum dərəcədə çalışıblar ki, Azərbaycanı qara fonda göstərsinlər və beynəlxaql imicinə daha çox zərbə vursunlar. Təəssüf və təəccüb doğuran odur ki, “Fredom Hous” Azərbaycanı da “ekspansiya”da suçlamağa cəhd edir. Bununla hesabatı hazırlayanların reallıq hisslərini istirdikləri aydın şəkildə görünür.”

Bu fikirləri Moderator.az-a açıqlamasında AMİP Liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov səsləndirib.

Ə.Orucov daha sonar qeyd edib: “Separatçılardan və terrorçulardan öz ərazilərini təmizləmək, süverenliyini bərpa etmək Azərbaycanın beynəlxaql hüquq, norma və hamılıqla qəbul edilmiş prinsiplərə tam uyğundur. Separatizm və terrorçuluq çağdaş dünyamızı təhdid edən dövlətlərin və cəmiyyətlərin təməlini sarsıdan problem olduğundan Azərbaycanın bu problemə qarşı atdığı addım təqdir olunmalıdır. Məncə, Azərbaycan azərbaycan xalqına və dövlətinə qarşı ən ağır cinayətlər və qəddarlıqlar törətmiş, soyqırımı həyata keçirmiş Qarabağ separatçılarına, terrorçularına həddindən artıq humanizm göstərərək, onları layiq olduqları cəza ilə cəzalandırmayıb. Əksinə onların könüllü surətdə yaşadıqları əraziləri təhlükəsiz tərk etmələrini təmin edib. Reinteqrasiya təklifi edilib. Rəsmi Bakı bü gün də sülh təşəbbüslərini davam etdirməkdədir. Azərbaycanın məqsədi və çabaları regionda davamlı sülhə, təhlükəsizliyə və effektiv əməkdaşlığa nail olmaqdır. Lakin “Freedom Hous” Təşkilatının təhrikçi və təxribatçı mövqeyi sülh prosesinə mane olur. Hesab edirəm ki, dünyanın ən həssas və strateji bölgələrindən biri olan Cənubi Qafqazla bağlı baxışlara və münasibətlərə ciddi diqqət və həssalıqla yanaşılmalıdır”.

“Azərbaycanda fundamental azadlıqların, insan haqlarının qorunmasında, demokratiyanın vəziyyətində, həmçinin məhkəmə hakimiyyətində, idaretmədə ciddi problemlərin olduğunu heç kəs inkar etmir” deyən partiya funksionerinin sözlərinə görə, bunları bəhanə edib Azərbaycanı qaralamaqla təşkilat öz etibarlılığına və obyektivliyinə ciddi ziyan vurmuş olur: " Ümumilikdə “Freedom Hous” İnsan Hüquqları Təşkilatı hesabatlarını hazırlayarkən açıq siyasi mövqedən və tərəf tutmaqdan çəkinməsə, onun hesabtlarının da heç nəyə yaramayacağı düşüncəsindəyəm”.

Geri qayıt