Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tacikistan türkdilli dövlət olmasa da...

Tacikistan türkdilli dövlət olmasa da...


13-04-2024, 08:43
 Tacikistan türkdilli dövlət olmasa da...
Tacikistanla Azərbaycan arasında son illər əlaqələr genişlənib. İki dövlətin liderinin qarşılıqlı səfərləri artıb. Ötən ilin aprel ayında Azərbaycan prezidenti İlham Əliyev Tacikistana səfər etmişdi. Düşənbədə iki ölkə arasında əlaqələrin inkişafı mövzuları müzakirə edilmişdi. Eyni ilin noyabr aydında İlham Əliyev ikinci dəfə Tacikistana səfər etdi. Bu dəfə İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edirdi. Növbə Tacikistan prezidentinindir. Emoməli Rəhmon bu il may ayında Azərbaycana səfər edəcək. Tacikistan Rusiya və Çindən iqtisadi asılılığını azaltmağa çalışır. Bunun üçün iqtisadiyyatı və ticarəti şaxələndirməyə ehtiyac var. Tacikistan neft-qaz yataqlarının işlənilməsində Azərbaycan Dövlət Neft Şirkətinin iştirakını istəyir. Bundan başqa Tacikistan Azərbaycanın tranzit imkanlarında istifadə etməkdə maraqlıdır. Tacikistan türkdilli dövlət olmasa da, türk dövlətləri arasında inteqrasiya proseslərinə maraq göstərir. Türk Dövlətləri Təşkilatına Tacikistanın cəlb edilməsi faydalı olar.

Orxan Tuncər - dia-az.info

Geri qayıt