Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyan bu maraqdan faydalanmağa çalışır...

Paşinyan bu maraqdan faydalanmağa çalışır...


13-04-2024, 08:41
Paşinyan bu maraqdan faydalanmağa çalışır...
Ermənistanın Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin etməsi o deməkdir ki, İrəvan bu ölkənin də hərbi texnikasına maraq götərir. Ümumiyyətlə Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tərəfdaşları ilə təmasları genişləndirib. Ermənistan rəsmilərinin tez-tez Londona səfərlərini bu siyasətin tərkib hissəsi kimi qeyd etmək olar. Azərbaycan müstəqilliyini qazandıqdan bu yana Böyük Britaniya ilə tərəfdaşlıq münasibətləri qurub, London digər Qərb paytaxtları kimi Azərbaycanı narahar edən siyasət aparmayıb. Bakıda bunu müsbət qiymətləndirirlər. Ancaq Londonun əbədi müttəfiqləri yoxdur, əbədi maraqları var. London da bu maraqları çərçivəsində Rusiyadan siyasi və hərbi asılılığını azaltmağa çalışan Ermənistanın hazırki hökumətiylə əməkdaşlığa maraq göstərir. Baş nazir Nikol Paşinyan bu maraqdan faydalanmağa çalışır. Ermənistan hardan mümkündürsə silah və hərbi texnika almağa çalışır. Əlbəttə, London Ermənistanla hərbi əməkdaşlıq edərkən Azərbaycanın maraqlarını nəzərə alacaq. Buna baxmayaraq, İrəvan Fransa, İran və Hindistanla yanaşı Böyük Britanyadan da nəsə almağa çalışacaq, bu alınmadıqda Böyük Britaniya hərbçilərinin Ermənistan ərazisində birgə hərbi təlimlərə cəlb etməyə çalışacaq.

Elxan Şahinoğlu - dia-az.media

Geri qayıt