Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bu il parlament seçkiləri növbədənkənar keçiriləcək?

Bu il parlament seçkiləri növbədənkənar keçiriləcək?


13-04-2024, 07:17
Bu il parlament seçkiləri növbədənkənar keçiriləcək?
Bir müddətdir Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi iddia olunur.

Artıq aylardır ki, bu barədə söz-söhbətlər gəzir. Əslində, cari ildə parlament seçkilərinin keçirilməsi gözlənilsə də, bunun vaxtından öncə baş tuta biləcəyi önə sürülür.

Qeyd edək ki, bu ilin 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Bəzi ekspertlərin fikrincə, 2024-cü ildə Azərbaycanda növbədənkənar parlament seçkilər də keçirilə bilər.

Bunun ən çox müzakirə predmetinə çevriləni isə parlament seçkilərinin vaxtıdır. Üstəlik, bununla bağlı müxtəlif tarixlər də səsləndirilir. Lakin bütün bunlar hazırda iddia olaraq qalır, çünki hələlik digər seçkilər ilə bağlı rəsmi açıqlama yoxdur.

Maraqlıdır, bu il Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər?

Mövzu ilə bağlı məşhur astroloq Səbuhi Rəhimli "Cebhe.info"-ya açıqlama verib.

O, cari ildə ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini proqnozlaşdırmadığını söyləyib:

"2024-cü ildə Azərbaycanda prezident seçkilərindən başqa növbədənkənar heç bir seçki keçirilməyəcək. Yəni növbədənkənar hər hansı bir seçki olmayacaq. Bu, mənim proqnozlarımda görünmür".
Geri qayıt