Əsas Səhifə > Güney Press > "İstəyirəm arıqlayıb, oramı-buramı kəsdiririəm...

"İstəyirəm arıqlayıb, oramı-buramı kəsdiririəm...


2-04-2024, 16:50
"İstəyirəm arıqlayıb, oramı-buramı kəsdiririəm...
“Deyirlər ki, əməliyyatla arıqlamısan. Mən bu efirlərdən nə vaxt imkan edib, gedib balon qoydurdum yaxud əməliyyat olundum?! Tutaq ki, mənim mədəmi başqa həkim kəsib, mən durub endokrinoloqu reklam edəcəm? Bu nə məntiqdir?! Sabah mənim mədəmi kəsən həkim deməz ki, sən niyə endokrinoloqu reklam edirsən?! Sağlamlığımda problemlərim var idi. Gedib qan analizləri verib, müalicə götürdüm. Həkim-endokrinoloq mənə müalicə yazdı və arıqlayıb 32 kilo çəki itirdim. Danışan onsuz da danışacaq. Dilin ki, sümüyü yoxdur! Kim nə istəyirsə danışsın, heç vecimə də deyil. Artıq yorulmuşam, o qədər haqsız danışıb haqqıma girirlər ki. Artıq dünya-aləm vecimə deyil. Yorulmuşam insanlara cavab verməkdən. Bu illərə qədər onun üçün, bunun üçün, doğmalarım üçün yaşadım. Bundan sonra özüm üçün həyatı yaşayıram. Əcəb edirəm! İstəyirəm arıqlayıram, istəyirəm kökəlirəm, istəyirəm oramı-buramı kəsdiririəm, istəyirəm sevgili tapıram, istəyirəm xaricə ərə gedirəm! Kimə nə?!”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. Aktrisa daha sonra onun ünvanına tənqidi fikirlər səsləndirən Anar Vəziroğluna da cavab verib.

“Anara nə cavab verəcəyəm?! Mən açıqlamamı dəfələrlə etmişəm. Söylədiyim fikirlər ümumrayon camaatına aid deyil. Çünki rayonlarımızda ağsaqqallarımız, ağbirçəklərimiz, körpə nəsillər yaşayır. Fikirlərimi bölgələrimizdə yaşayan bəzi gənclərimizə görə səsləndirmişdim. Hansı sosial verilişə baxırsan gənclər verilişlərdədir. Ailələrini, uşaqlarını atırlar. Biri gəlib arvadını axtarır, biri gəlib ərini axtarır. Artıq danışmaq da istəmirəm, çünki saytlar götürüb əcaib başlıqlar qoyub yayımlayır. Özlərinə xal qazanırlar. Anarın bütün verilişlərdən əli çəkilib, qalıb özünə necə reytinq tutsun?! Anar getsin başını aşağı salıb öz yazılarını yazsın. Mən ən azından öz rollarımla sözümü demişəm. O isə nə ilə tanınıbsa hələ də bilinmir. Allah Baba Vəziroğlunun canına dəyməsin, bircə onunla hamı Anarı tanıyır. Mən ömür boyu öz işlərimi görmüşəm, heç kimin bostanına daş atmamışam. Ona görə də xahiş edirəm ki, heç kim mənim bostanıma daş atıb, adımdan reklam qazanmasın” deyə aktrisa bildirib.

Aktrisa deyir ki, yenidən teatrda çalışmaq istəyir.

“15 il teatrda can qoymuşam, sizcə istəmərəm bu gün qayıdım?! Mən öz istəyimlə teatrı tərk etməmişəm. Hazırda əlbəttə ki, qayıtmaq istəyirəm. Hansı teatrın qapısını döymüşəmsə deyiblər ki, yerimiz yoxdur. Amma öz kadrlarını elə yaxşı götürürlər ki. Bu günki gündə bizmi qapıları döyməliyik?! Biz də qapıları döyürük, deyirlər ki, boş yer yoxdur! Mədəniyyət Nazirliyinə hələ ki, müraciət etməmişəm” deyə aktrisa bildirib.

Geri qayıt