Əsas Səhifə > Güney Press > Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub

Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub


2-04-2024, 16:36
Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub
Təqdimetmə mərasimində Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Elvin Umudov, YAP Rayon Təşkilatının sədri Eldar Əsədov və
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin
rəis vəzifəsini icra edən Pərviz Hüseynov iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü
uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış
edərək bildirib ki, dövlətimiz hər zaman şəhid ailələri və veteranlara yüksək
diqqət və qayğı göstərir. Veteranlar da hər zaman olduğu kimi bundan sonra
da dövlətimizin və xalqımızın yanında olacaq.
YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən
Pərviz Hüseynov çıxış edərək veteranların xalqımız və dövlətimiz qarşısındakı
tarixi xidmətindən danışıb, eləcə də hazırda onlar qarşısında dayanan
vəzifələrə diqqət çəkiblər. Veteranların gənc nəsil üçün örnək olduğunu,
onların İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqların heç
vaxt unudulmayacağını vurğulayıblar.
Sonra 381 nəfər Vətən müharibəsi iştirakçısına vəsiqələr təqdim olunub.
Tədbirdə çıxış edən müharibə veteranları hər zaman olduğu kimi bundan
sonra da dövlətimizin və xalqımızın yanında olacağını bildirib, onlara
göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.

dia-az.media


Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub
Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub
Geri qayıt