Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Yelo Bank” İdarə Heyətində dəyişiklik olub

“Yelo Bank” İdarə Heyətində dəyişiklik olub


2-04-2024, 11:41
“Yelo Bank” İdarə Heyətində dəyişiklik olub
“Yelo Bank” İdarə Heyətində dəyişiklik olub.

dia-az.media xəbər verir ki, Səbuhi Süleymanlı Yelo Bank-ın İdarə Heyətinə üzv, Baş Risk inzibatçısı təyin edilib.

Bu vaxtadək S. Süleymanlı Bankın Kreditlərin Bərpası üzrə Baş direktoru vəzifəsini tuturdu.

2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb, 2010-cu ildə filial müdiri, 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə eyni bankın Kreditlərin Bərpası departamentinin direktoru, 2019-cu ildə İcraçı direktor, 2020-ci ildə isə Baş direktor vəzifəsinə təyin edilib. 2020-ci ilin dekabr ayından etibarən isə fəaliyyətini Yelo Bank-da davam etdirir.

“Yelo Bank” İdarə Heyətində dəyişiklik olub

Geri qayıt