Əsas Səhifə > Güney Press > Paşinyan və dəstəsi Moskvaya qarşı:

Paşinyan və dəstəsi Moskvaya qarşı:


5-03-2024, 11:06
Paşinyan və dəstəsi Moskvaya qarşı:
Rəsmi Moskva son 33 ildə ilk dəfə olaraq Ermənistana sərt xəbərldarlıq edərək ikitərəfli münasibətlərdə "bir çox məqamlara yenidən baxa biləcəyini" deyib və bunu "İrəvanın Rusiyanın düşmənləri ilə dostluğuna cavab olacağını" açıqlayıb.

Rusiya gün keçdikcə ondan daha da uzaqlaşmağa çalışan Ermənistanı "konkret seçim etməyə" çağırır.

Ermənistan rəhbərliyi Moskvanın sərt xəbərdarlıqlarına, ultimatumlarına və çağırışlarına cavab olaraq "artıq gec olduğunu, seçimin edildiyini" vurğulayır.

Üstəlik, rəsmi İrəvan bəyan edir ki, SSRİ dağılandan sonra əsas hami, havadar və strateji müttəfiq qismində Rusiyanın seçilməsi ermənilərin ən böyük, strateji səhvi olub.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan sonra ölkəsinin təhlükəsizlik qarantının və əsas tərəfdaşının Rusiya yox, Qərb olacağını sürəkli bəyan edir.

Rusiya ilə Ermənistanın qarşılıqlı münasibətlərində artıq yeni reallıq formalaşır. Tərəflər etiraf etmək istəməsələr də, belədir.

Proseslərin batinindən bəhs edəcəyik, amma zahir artıq göz qabağındadır.

Son təzahür Türkiynənin Antalya şəhərində keçirilən ənənəni Beynəlxalq Diplomatik Forumda oldu.

Rusiyanın XİN başçısı Sergey Lavrov bir qayda olaraq belə tədbirlərdə Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşür, danışıqlar aparırdı. Amma Antalyada o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı nümayişkaranə şəkildə "görməyərək" Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşdü.

Halbuki Lavrovla Mirzoyan arasında görüş Rusiya-Ermənistan əlaqələrindəki mövcud gərginliyin səviyyəsini aşağı salar, bir sıra məsələlərdəki suallara aydınlıq gətirə bilərdi.

Forum üç gün davam etdi, amma S.Lavrov erməni həmkarı ilə danışıq üçün 10 dəqiqə vaxt ayırmadı.

Səbəblər məlumdur və onların arasında ən başlıcası Ermənistan rəhbərliyinin mövqeyidir.

Rusiyanın ermənilərdən tələbi MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün "dondurulması" ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına aydınlıq gətirilməsidir.

Taleyin ironiyasına bax ki, KTMT-də sədr ölkə indi məhz Ermənistandır.

Təhlükəsizliyinin təminatçısı və xarici çağırışlarla təhdidlərin qarşısının alınmasında qarant kimi görmək istədiyi KTMT-dən son dörd ildə "real mövqe gözləməyin mənasız olduğunu" vurğulayan Ermənistan isteblişmenti artıq açıq şəkildə bildirir ki, Moskva, sən demə, İrəvana xəyanət edib.

Ermənilər vurğulayırlar ki, onlar artıq yeni geosiyasi və diplomatik inkişafın, habelə təhlükəsizliyin təminatı strategiyasını seçiblər.

Həmin strategiyada Rusiyaya yer olmadığı təkrarlanır.

Məsələn, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib: "Az qala bütün - siyasi, iqtisadi, hərbi-siyasi, elmi və s. - istiqamətlərdə Ermənistan Rusiyadan böyük asılılıqda idi və bu, ümumi təhlükəsizlik konsepsiyamızın tərkib hissəsi idi. 2020-ci ildə, İkinci Qarabağ Müharibəsi başlayanda həmin sistemin işləmədiyini görəndə təhlükəsizliyimizin təminatı üçün alternativlər aramağa başladıq".

Onun sözlərinə görə, Rusiya və KTMT "Ermənistana kömək etməkdən boyun qaçıranda" Ermənistan-Rusiya münasibətləri sistemi çökdü: "2020-ci ilədək Ermənistanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığının 96 faizi Rusiyanın payına düşürdü. 2021-ci ildən başlayaraq Ermənistan müxtəlik ölkələrlə milyardlarla dollarlıq müqavilələr bağladı. Həmin hərbi-texniki əməkdaşlıq anlaşmalarında Rusiyanın payı 10 faiz təşkil edir. Payın 96 faizdən 10 fiazə düşməsi Rusiyanın seçimi olub".

A.Qriqoryanın sözlərinə görə, hazırda Ermənistan təhlükəsizliyinin təminatı il bağlı məsələlərdə əsas tərəfdaşı qismində Fransanın görür.

"Fransa bizə ən müasir silah və hərbi texnika verir. Belə məsələlər sakitlyi sevir. Təbii ki, Fransadan aldığımız hər şeyi açıqlaya bilmərik", - A.Qriqoryan Rusiyaya daha bir messic ünvanlayıb.

Onun açıqlamasındakı bir məqam isə Ermənistanın indiki rəhbərliyinin ikiüzlülüyünü, patoloji yalançılığınını və siyasəti klounada ilə səhv salmalarını bariz şəkildə göstərib.

"Rusiyanın Ermənistan iqtisadiyyatına son vaxtlarda sərmayə qoyuluşları da ifrat dərəcədə azalıb. Belə ki, ötən ilin nəticələrinə görə, Birləşmiş Ərəb Əmirlikləri 250 milyon dollarlıq sərmayə ilə Ermənistana ən çox investisiya yatıran ölkə oldu. İkinci yerdə kiçik Lüksemburqdur. Rusiya 50 milyon dollardan da az sərmayə ilə 3-cü yerdədir", - A.Qriqoryan deyib.

Onun sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın, habelə parlamentin spikeri Alen Simonyanın və XİN başçısı Alen Simonyanın bəyanatlarının leytmotivlərini təkrarlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Ermənistan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə" olması statistik ekvilibristika, oyunbazlıqdır.

Ukraynada başladığı hərbi əməliyyatlardan sonra Qərbin çoxsaylı və ağır sanksiyaları ilə üzləşən Rusiya iqtisadiyyatını böhrandan qurtarmaq üçün sanksiyalardan yayınmağın yollarını aramağa başladı. Həmin yollardan biri də Qərbin sanksiyalara qoşulmamış ölkələrdə şirkətlər təsis edərək paralel ixraca başlamaq və Rusiyanın tələbat duyduğu məhsulları, texnikanı, texnologiyanı və s. əldə etməkdi.

BƏƏ də Rusiya şirkətlərinin sanksiyaların tətbiqindən sonra yüzlərlə səhmdar cəmiyyət, şirkət, agentlik, assosiasiya, LLC və s. yaratdığı ölkələr arasında ilk yerlərdən birini tutur.

Daha sonra Rusiya şirkətləri eyni modeli Ermənistanda tətbiq etdilər. Həmin sxemə əsasən, Ermənistan vətəndaşlığı olan şəxslər çox qısa müddətdə şirkət qurur, onu öz adına rəsmiləşdirir, daha sonra BƏƏ ilə "sərmayə kapitalı əsasında" birgə müəssisə, şirkət və s. yaradır, Qərbdən alınan məhsul, texnologiya və malları BƏƏ-yə, oradan Ermənistana və sonucda Rusiyaya daşıyırlar.

Kağız üzərində BƏƏ şirkətləri Ermənistan iqtisadiyyatına sərmayə yatırırlar, reallıqda isə Rusiya şirkətləri BƏƏ-də yaratdıqları strukturlar vasitəsilə Qərb-BƏƏ-Ermənistan-Rusiya istiqamətində əməliyyatlar keçirirək sanksiyalardan yayınırlar.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya ilə bağlı son bəyanatları da məntiqdən çox kənar, populizm və siyasi demaqogiya sayıla biləcək açıqlamalardır.

Məsələn, o, bəyan edib ki, sən demə, Moskva İrəvanı “Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa vadar etməyə çalışıb”.

Sözün açığı, A.Simonyanın nə demək istədiyi bəlli deyil. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan devrilərsə və onun yerinə Rusiyanın təlimatları ilə davranacaq marionetkanın hakimiyyətə gələcəyi təqdirdə belə, Ermənistanın hansısa formada Rusiya-Belarus İttifaqına qatılması mümkün deyil.

Səbəblər az deyil və onların arasında ilk yerləri V.Putinlə A.Lukaşenkonun Ermənistanı hasnı dövlət qismində qəbul etdikləri, Ermənistanla “İttifaq Dövləti” arasındakı məsafə, Moskva və Minskin reallıq hissini itirmədiklərinə görə Cənubi Qafqazdakı proseslərə belə kobud müdaxiləyə yol verməyəcəkləri kimi məqamlar var.

Ermənistanın Rusiyadan uzaqlaşması davam edir. Amma hələlik proses sürətli deyil - Moskva və İrəvan arasında çoxsaylı, genişmiqyaslı və dərin iqtisadi əlaqələr var.

Nikol Paşinyan hakimiyyəti Qərbdən, xüsusilə də Fransadan aldığı bütün göstərişlərə rəğmən, indi həmin əlaqələri kəsmək üçün zəruri potensiala, imkanlara və siyasi iradəyə malik deyil.

Elçin Alıoğlu - TREND


Geri qayıt