Əsas Səhifə > Güney Press > Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb


5-03-2024, 09:46
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
Polis əməkdaşları martın 4-də Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə Dia-az.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt