Əsas Səhifə > Güney Press > Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub

Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub


2-03-2024, 11:30
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra
Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də
yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları
narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları
problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətinin Hacıqərvənd kəndində keçirilən səyyar
qəbul-görüşündə kənd sakinləri müraciət edərək R 26(36 km)-Hacıqərvənd
avtomobil yolunun asfaltlanaraq Buruc-Güləbatlı avtomobil yoluna
birləşdiriməsini xahiş etmişlər.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “42 No-li Yol
İstismarı” MMC-si tərəfindən kəndin avtomobil yoluna asfalt salınaraq,
Buruc-Güləbatlı avtomobil yoluna birləşdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli
Məclisin deputatı Sahib Alıyevlə birlikdə görülən işlərlə yaxından tanış
olmaq üçün kənddə olub, əlaqədar qurumlara öz tapşırıq və tövsiyyələrini
verib, sakinlərlə səmimi söhbət ediblər.
Hacıqərvənd kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya,
problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
dia-az.media

Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub
Geri qayıt