Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır

Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır


2-03-2024, 10:57
Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır
Ermənistan yaxın günlərdə Avropa Birliyi (AB) üzvlüyünə namizəd olmaq üçün ərizə verəcək

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Ermənistan parlamentinin sədri Alen Simonyan dünən bildirib ki, İrəvan AB üzvlüyünə namizəd olmağa və ölkənin maksimum təhlükəsizliyini təmin edəcək istiqamətdə irəliləməyə hazırdır.

“Past”ın yazdığına görə, bu açıqlama baxış bucağından daha çox anons xarakteri daşıyır:

“Rəsmi mənbələrimizin məlumatına görə, Baş nazir Nikol Paşinyan qərarını partiya elitasına çatdırıb, yaxın günlərdə, ən uzağı bir ay ərzində Ermənistanın AB üzvlüyünə namizəd olması üçün ərizə təqdim ediləcək.

Mənbəmiz deyir ki, hakim partiyanın deputatları arasında qərara etirazlar da olub, onlar bu addımın mümkün təhlükələrini vurğulayıblar. Nikol Paşinyan isə qeyd edib ki, bu olacaq, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb təhlükəsizlik zəmanəti verə bilər.

Həmsöhbətimizin sözlərinə görə, Paşinyan deputatlara “gedin, düşünün, qərar verin” çağırışını edib. Hakim partiyada etirazçılar azlıqdadır, çoxluq isə Paşinyanın istənilən qərarını təsdiqləməyə hazırdır”.

Geri qayıt