Əsas Səhifə > Güney Press > Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir

Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir


2-03-2024, 10:10
Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir
Martın 1-də ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib.
Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
İlk növbədə qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir
və bu il tədbirin 10 ili tamam olur. Bu il Bakıda keçirilən toplantıda
Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat,
44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək
səviyyəli nümayəndələr iştirak ediblər.
Xatırlatmaq lazımdır ki, Avropa İttifaqının energetika məsələləri üzrə
komissarı xanım Kadri Simson və Azərbaycan Respublikasının energetika
naziri Pərviz Şahbazov hazırda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının
həmsədrləridir. Onlar Avropa İttifaqının bütün planlarımızın
reallaşdırılmasında yer alması üçün məhsuldar fəaliyyət göstərirlər.
Toplantıdakı çıxışında ölkə başçısı bir sıra mühüm məqamlara
toxunub. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi tamamilə yeni bir marşrutdur.
Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.
Azərbaycana gəldikdə isə Azərbaycan qazı yeni mənbədir. Bu gün
Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə
dərəcədə düzgün olduğunu sübut edir.
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-
kondensat yatağında təbii qazın kommersiya hasilatı keçən il baş verən
vacib hadisələrdən biri olub. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz
ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı ölkəmizin
gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcəkdir.
“Abşeron” layihəsinin həyta keçirilməsinin ilk fazasında burada illik
hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə
bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə
ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Əldə edilən növbəri nailiyyət Azərbaycanın daha iki ölkə - Macarıstana
və Serbiyaya qaz nəql etməsidir. Bununla da ölkəmizin Avropaya qaz
təchizatı coğrafiyası genişlənərək 8-ə çatmışdır ki, onlardan da altısı
Avropa ölkəsidir. Ölkəmizin keçən il Avropada istifadəyə verilmiş
interkonnektor layihələrinin təməlində Cənub Qaz Dəhlizi layihəsi dayanır
ki, onlar ölkəmizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməyə
imkan verəcəkdir.
Ötən ildən Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti
Abşeron layihəsinin səhmdarı oldu. Bu, da öz növbəsində əlavə
maliyyələşmə, təcrübə olmaqla beynəlxalq əməkdaşlığı daha da
genişləndirəcəkdir.
Tədbirəki çıxışında Prezident İlham Əliyev bildirib: “Hesab edirəm ki,
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz
imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar
həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.
Gələcək planların müzakirəsi zamanı qeyd edildi ki, ilin ilk rübündən
etibarən çox böyük ehtiyata malik, olduqca ümidverici struktur olan “Azəri-
Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını
gözlənilir. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” Azərbaycanın neft
ixracının əsas mənbəyidir. İlkin mərhələdə burada hasilat təqribən yarım
milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə
artacaqdır. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci
fazasının işlənilməsi mövcuddur ki, potensial olaraq oradan da 3-4 il
ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olacaqdır. Beləliklə, bütün bu
planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və
ölkəmizin maliyyə resurslarına, habelə investorlarla razılaşmalara
əsaslanır. Bu gün Avropada Azərbaycan qazına böyük tələbat vardır. Öz
növbəsində ölkəmizin də resursları və lazımi infrastrukturu vardır.
Qeyd edildiyi kimi, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid
prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik
ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər
nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda gücü 230 meqavat
olan ilk böyük Günəş Elektrik Stansiyasının açılışı keçirilib. İmzalanmış
müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək
ölkəmizdə 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi
istehsal etməyi planlaşdırılır.
Qeyd edilib ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu,
Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500
kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji
təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
dia-az.media

Geri qayıt