Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU...

Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU...


2-03-2024, 09:05
Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SİNTEKS” MMC-nin təşəbbüsü ilə sahibkarlıqla bağlı məşğul olan şəxsə qarşı iş qaldırır.

dia-az.media xəbər verir ki, bu barədə Dövlət Xidməti bildirir.
Barəsində iş qaldırılan fiziki şəxs Teyran Nağıyev Marif oğludur.

Qeyd edilir ki, “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK yachting” və “HUGO BOSS Trade Mark Management GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından fiziki şəxs Teyran Nağıyev Marifb oğlu tərəfindən qanunsuz istifadə edilməsi üzrə araşdırılmasıdır.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri aşikar edilib-edilmədiyi araşdırlacaq.

Geri qayıt