Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib


23-02-2024, 17:31
Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbəri təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.


Geri qayıt