Əsas Səhifə > Güney Press > Maaş və pensiyalarla bağlı müjdə: Yenidən artırılır?

Maaş və pensiyalarla bağlı müjdə: Yenidən artırılır?


23-02-2024, 16:54
Maaş və pensiyalarla bağlı müjdə: Yenidən artırılır?
“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.

Bunu yerli mətbuata deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:

“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”.

Maraqlıdır, maaş və pensiyalar arta bilər?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, may və iyun ayında büdcəyə təkrar baxılmalıdır:

“Bundan sonra maaş, pensiya və müavinətlərin artımı ilə bağlı qərar qüvvəyə minə bilər. Lakin bunun baş vermə ehtimalı çox azdır. Çünki Qarabağın bərpasına çəkilən xərclər kifayət qədər çoxdur. O xərclər olduğuna görədə maaş, pensiya və müavinətlərin artması qeyri-realdır. Amma istənilən halda büdcəyə yenidən baxılacaq. Ola bilsin ki, maaş, pensiya və müavinətlərin artmasını baş versin”.

Geri qayıt