Əsas Səhifə > Güney Press > "Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər..."

"Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər..."


23-02-2024, 15:32
"Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər..."
Hər bir işçinin əmək haqqının ödənilməsi barədə bu hüquqlarını bilməsi vacibdir:
Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər:
1. Əsas taarif maaşı.
2. Əsas taarif maaşına edilən əlavələr (dəniz əmsalı, axşam - gecə saatlarına görə, zərərli işə görə ödəniş, susuzluğa, normadan artıq işə görə və sair).
3. Mükafatlar. İşçinin maddi maraq-həvəsini artırmaq məqsədi ilə ödənilən pul vəsaiti.
Birinci 2 ödəmə, yəni, əsas taarif maaşı və əlavələr, bunları almaq hüququ olan işçilərə bu ödəmələrin verilməsi imperativ (məcburi) xarakter daşıyan hüquq normasıdır.
3-cü ödəmə olan mükafat(bonus) isə könüllü ödəmədir, əmək müqaviləsində və kollektiv müqavilədə razılaşdırılan, İşəgötürənin bu mükafatı vermə barədə könüllü iradəsindən, işəgötürən - işçi arasında olan razılaşmadan asılıdır. Mükafatların(bonusların) verilməsi isə işçilərin əlavə ödənişləri almaq hüququnu məhdudlaşdırmır, bu ödənişlır işçinin ümumi əmək haqqına daxil edilir, lakin heç bir halda işçinin əsas taarif maaşına daxil edilə bilməz
İşçinin tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi əməyin gərginliyi, işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
İşçinin əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək vəya həvəsləndirmək məqsədiilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
İşçiyə ödənilən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Son olaraq qeyd etmək istəyirəm ki, hər bir işçinin Əmək müqaviləsində ona ödənilən: əmək haqqı, əmək haqqına əlavələr və mükafatlar dəqiq göstərilməlidir

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.media

Geri qayıt