Əsas Səhifə > Güney Press > Putin KTMT bəyanatından sonra Paşinyanla əlaqə saxlamayıb

Putin KTMT bəyanatından sonra Paşinyanla əlaqə saxlamayıb


23-02-2024, 15:27
Putin KTMT bəyanatından sonra Paşinyanla əlaqə saxlamayıb
"Rusiya prezidenti Vladimir Putin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dayandırılması ilə bağlı bəyanatından sonra Nikol Paşinyanla əlaqə saxlamayıb".
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml rəsmisi əlavə edib ki, dövlət başçısı belə bir təmas planlaşdırmır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində KTMT əleyhinə açıqlamalar verib. O, ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan edib. Baş nazir əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.

KTMT isə Paşinyanın fikirlərini təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. O da vurğulanıb ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı danışarkən, görünür söhbət İrəvanın qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedib.



AzVision.az

Geri qayıt