Əsas Səhifə > Güney Press, Üst manşet > Taleh Qaraşov rayonda kortejlə gəzir
Taleh Qaraşov rayonda kortejlə gəzir23-02-2024, 08:44 |
Azərbaycanda icra başçılarının "kiçik padşahlar" adlandırılması havayı deyil. Rayonlara rəhbərlik edən şəxslərin bir çox hallarda özü üçün kiçik "ölkə" qurduğu, öz qaydalarını qoyduğu, özlərini rəhbərlik etdikləri rayonun "prezidenti" kimi apardıqları sirr deyil. Bu qəbildən görüntülər, məlumatlar çox yayılıb. Bu kimi məsələlərlə gündəmə gələnlərdən biri də Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. AFN.az-ın xəbərinə görə, jurnalist Anar Məmmədov T.Qaraşovun Lənkəranda yerləşən “Ay lolo” şadlıq sarayına kortejlə gəldiyini bildirib. A.Məmmədov bunu əks etdirən videogörüntü də paylaşıb. Həmin görüntünü təqdim edirik: Geri qayıt |