Əsas Səhifə > Güney Press > Bakı Fond Birjasında

Bakı Fond Birjasında


12-02-2024, 15:56
Bakı Fond Birjasında
Bakı Fond Birjasının İdarə Heyəti sədrinin ofisinin yeni rəhbəri təyin edilib.

dia-az.media Banker.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Emil Babayev gətirilib.

E.Babayev 2021-ci ilin yanvarından BFB-yə təyinat alıb. Həmin tarixdən 2024-cü ilin fevralına qədər Biznesin inkişafı qrupunun rəhbəri olub.

E.Babayev 2020-ci ilin oktyabrına qədər isə ABB-də İpoteka şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, bundan daha əvvəllər isə Azərbaycan İpoteka Fondunda, eləcə də bağlanmış banklar “Dekabank” və “Kredobank”da İdarə Heyəti sədrinin müavini kimi çalışmışdır.

Geri qayıt