Əsas Səhifə > Güney Press > Xaçmazın baş həkimi vəfat edib
Xaçmazın baş həkimi vəfat edib12-02-2024, 15:35 |
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib. "Report"un Şimal bürosunun məlumatına görə, o, kəskin ürək çatışmazılığı səbəbilə həyatını itirib. Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb. 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib. Geri qayıt |