Əsas Səhifə > Güney Press > “Kreml BCM-in orderi ilə bağlı İrəvandan təminatlar istəyir”

“Kreml BCM-in orderi ilə bağlı İrəvandan təminatlar istəyir”


12-02-2024, 14:51
“Kreml BCM-in orderi ilə bağlı İrəvandan təminatlar istəyir”
“Kreml Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında mümkün həbsi məsələsi ilə bağlı irəvandan müəyyən təminatlar almağa ümid edir”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

“Əlbəttə, burada bizim erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir. Biz artıq bu barədə demişik, sözsüz ki, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsirsiz ötüşə bilməz”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Ermənistan fevralın 1-dən rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ölkə Roma statutuna qoşulan 124-cü dövlət olub. Bununla da, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar Ermənistan tərəfindən də icra olunmalı olacaq. İrəvan ilk olaraq bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Belə ki, BCM ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.

Geri qayıt