Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" "Huawei" smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı

"Azercell" "Huawei" smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı


28-02-2014, 14:35
"Azercell" "Huawei" smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı
DİA.AZ: - Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, Azercell daim öz abunəçilərinə sərfəli kampaniyalar və endirimlı tarif paketləri təqdim edir. Şirkətin təqdim etdiyi kampaniyalar abunəçiləri tərəfindən böyük maraqla qarşılandığından əksər hallarda bu kampaniyaların müddəti uzadılır. Belə kampaniyalardan biri də, Azercell-in ötən ilin dekabrından təqdim etdiyi Huawei smartfonları ilə bağlı endirim kampaniyasıdır.

DİA.AZ bildirir ki, 31.05.2014-cü il tarixinə qədər uzadılan kampaniya çərçivəsində abunəçi özündə milli dəqiqələri, sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla Huawei Ascend P6 və Huawei Ascend Y511 telefonlarını 39AZN və ya 99AZN dəyərində inanılmaz qiymətə əldə edə bilər. Sözügedən kampaniyanın üstünlüklərindən istifadə etmək üçün müştərilər Bakıda və regionlarda yerləşən Azercell Ekspress (AzEx) ofislərinə və Azercell şirkətinin diler satış məntəqələrinə müraciət edə bilərlər.

Geri qayıt