Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub
"Bakcell" Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub29-03-2019, 11:09 |
DİA.AZ: - Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərdə aktiv iştirak edib. DİA.AZ xəbər verir ki, şirkət Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük “Novruz şəhərciyində” hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub. “Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət idarəsinin və “Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb Bakcell şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar. Xatırladaq ki, Bakcell şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” həm da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoruolub. Bakcell şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb Geri qayıt |