Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”dən hərbi qulluqçulara hədiyyə

“Bakcell”dən hərbi qulluqçulara hədiyyə


12-03-2019, 15:31
“Bakcell”dən hərbi qulluqçulara hədiyyə
DİA.AZ: - “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunları hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq.

DİA.AZ xəbər verir ki, Daxili Qoşunlar günü münasibətilə “Bakcell” şirkəti bütün Daxili Qoşunları hərbi qulluqçularını təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularına şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunların hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.

Geri qayıt