Əsas Səhifə > Güney Press, Reklam > Bizləri məhv edən yırtıcılara son!

Bizləri məhv edən yırtıcılara son!


28-11-2018, 14:41
Bizləri məhv edən yırtıcılara son!
Bəzən düzgün işıqlandırmada evimizə düşən kosmik tozu görmək mümkün olur. Lakin gündəlik həyatımızda nəfəs aldıqda udduğumuz ev tozu adlandırılan bu kiçik zərrəciklər toplusunda kosmik tozun miqdarı çox az olur. Əslində insanların sadəcə ev tozu adlandırdıqları müxtəlif mənşəli çox kiçik zərrəciklərdir. Bu tozu elektron mikroskopla müşahidə edərkən heyvan tükünün, müxtəlif həşəratların bədən hissələrini, milçəyin gözünü və ya kəpənəyin qanadının çox kiçik hissələrini görmək olur. Ev tozunda gözlə görmək mümkün olmayan allerqenlər də vardır.
Evə çöldəki çiçəklərin tozu daxil olur və bəzən evdə onun miqdarı çöldəkindən də çox ola bilir. Ev heyvanlarının ölmüş dəri hissəcikləri də istisna deyil. Amma ev heyvanlarının ölmüş dəri hissəciklərini nəfəs aldıqda udduğumuz yeganə canlılar deyildir. Beləki ev tozunun böyük hissəsi bizlərin, insanların ölmüş dəri hissəciklərinin payına düşür. Aparılmış təhqiqatlar göstərir ki, insanlar hava ilə birgə nəfəs aldıqda ən çox özlərinə məxsus ölü dəri hissəciklərini udur. Biz evlərimizi kiçik sakitlik oazisi hesab edirik, amma əslində evlərimiz daima hava axınlarının oynadığı kiçik atmosferlərin sistemidir. Nəfəs aldıqda udmadığımız toz hissəcikləri isə bu kiçik, gözə görünməyən dünyada inkişaf edən canlının qidası olur. Onu toz gənəsi adlandırırlar. Onlar o qədər kiçikdirlər ki, üçü bir iynənin ucunda yerləşir. Bu kiçik canlı insan dərisi ilə qidalanır. Onların mövcudluğu məhz sizlərin dərinizin ölü hissəciklərini öz ağızlarına təpməkdən ibarətdir. Hər bir qida zəncirində olduğu kimi, bu toz gənəsinin də dünyasında yırtıcılar vardır. Onlar yumşaq mebellərinizin, xalılarınızın müəyyən yerlərində gizlənib bu gənələrə hücum edir, onların bədənini dəlib daxilini gəmirirlər. Gənələr qidalanır və təbii ki, nəcis ifraz edirlər. Toz gənələrinin nəcisi ev tozuna qarışır və biz nəfəs aldıqda hava ilə yanaşı, bu nəcisi uduruq. Nəticədə toza qarşı olan allergiya kimi tanıdığımız reaksiya baş verir. Əslində isə bu allergiyanın əsl səbəbkarı məhz toz gənəsinin nəcisidir.


Gündəlik həyatımızda biz orta hesabla gün ərzində 20,000 dəfə nəfəs alıb veririk. İndi isə artıq bilirik ki, udduğumuz hava özündə həyatımız üçün çox təhlükəli hissəcikləri cəmləşdirir. Və bilirik ki, bu təhlükə yalnız çöldə deyil, evimizdə də bizi izləyir. Lakin üzülməyə dəyməz. Müasir dövrümüzün elmi və texniki inkişafı bu cür təhlükələrdən özümüzü və ailə üzvlərimizi, ələlxüsus gələcəyin çiçəkləri sayılan övladlarımızı qorumaq üçün çox effektiv vasitələrin yaradılmasına zəmin yaratmışdır. İsveçrə istehsalı olan "Air Pure 2" bunun bariz misalıdır. Dörd mərhələdən ibarət olan bu hava təmizləyicisi havanı 99,97 %-ə qədər təmizləyir. Birinci mərhələdə anti mikrob filtr havanı toz və digər mikroskopik hissəciklərdən təmizləyir. İkinci mərhələdə maqnit sahələri əsasında istehsal edilmiş HPP filtrlər sistemidir. Bu mərhələdə havada olan virusları, bakteriyaları, ən kiçik toz hissəciklərini, kif və göbələyi özündə saxlayır və sonrakı mərhələyə buraxmır. Üçüncü mərhələdə aktivləşdirilmiş kömürlü filtr oyuna girir və havada olan müxtəlif qazları, tütün tüstüsü və digərləri kimi qoxuları zərərsizləşdirir. Dördüncü mərhələdə "Amezcua Air" adlı məhsulu fəaliyyətə keçir. Bu mərhələdə hava enerji və harmoniya ilə zənginləşdirilir.

Yaşadığımız müasir dövrümüzdə səhhətimizə ziyanlı təsir göstərən amillərin çoxluğu bəzən qorxuya düşməyimizə səbəb olur. Xoşbəxtliyimiz isə ondadır ki, buna qarşı laqeyd qalmayan alimlər, mühəndislər və ələlxüsus bu alimləri və mühəndisləri bir araya gətirib, onların təhqiqatlarını maliyyələşdirən, insanların həyatlarının yaxşılığa doğru dəyişməsinə çalışan qlobal şirkətlər var. Məhz QNET şirkətinin bu möhtəşəm nailiyyətləri sayəsində sağlam gələcəyə doğru daha bir addım ata bilərik.

QNET haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə QNET, birbaşa satış sənayesi haqqında və QNET ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

QNET Malayzia, Sinqapur, Filippin, İndonezia və BƏƏ nin Birbaşa Satış Asossiasiyalarına daxil olmaqla yanaşı, bütün dünyada müxtəlif idman sahələrində aktiv sponsorluq edir. Belə sponsorluqlardan ən əhəmiyyətlisi “Mançestr Siti” futbol klubunun həm kişi, həm də qadın komandalarının, eyni zamanda Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyoru olmasıdır.


2018-ci ilin sentyabrında 20 illiyini qeyd edəcək industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET həmçinin korparativ ictimai məsuliyyəti ilə də seçilir. Buna dünyanın hər yerində keçirdiyi xeyriyyə aksiyaları dəlalət edir. Belə aksiyalar əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, cəmiyyətin inkişafına və cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənir.Sözügedən xeyriyyə aksiyaları həmçinin Azərbaycanda da mütəmadi olaraq keçirilir. Buna misal olaraq, ölkənin hər milli bayramlarında Ümid Yeri Uşaq Evinə yardım edilir.

Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz https://www.qnet.net/.

Geri qayıt