Əsas Səhifə > Güney Press, Reklam > “Nar”-dan sosial mediada “Novruz çarxı” kampaniyas
“Nar”-dan sosial mediada “Novruz çarxı” kampaniyas19-03-2018, 10:36 |
DİA.AZ: - “Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Mobil operatorun Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən “Nar” istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları qazanacaqlar. DİA.AZ xəbər verir ki, bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə – əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat “Nar”-ın sosial media səhifələrində təqdim ediləcək. “Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsində və mobil operatorun sosial media səhifələrində öyrənmək olar. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Geri qayıt |