Əsas Səhifə > Güney Press, Reklam > Azercell-dən Yeni İl kampaniyası

Azercell-dən Yeni İl kampaniyası


5-01-2018, 12:55
Azercell-dən Yeni İl kampaniyası
DİA.AZ: - Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.

DİA.AZ xəbər verir ki, 28.12.2017 – 04.01.18 tarixlərində Park Cinema kinoteatrlarından bilet alan Azercell abunəçiləri Yeni İl hədiyyəsi olaraq pulsuz danışıq dəqiqələri və SMS-lər qazandılar.

Beləliklə, film seyr etməyə gələn Azercell abunəçiləri həm əylənib dincəldilər, həm də hədiyyələrə sahib oldular.

Azercell bundan sonra da öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, mütəmadi olaraq xoş sürprizlər etməyə davam edəcək.

Geri qayıt