Əsas Səhifə > Güney Press, Reklam > Uşaqlar Azercell ilə balaca şahzadənin sehrli aləminə səyahət etdilər
Uşaqlar Azercell ilə balaca şahzadənin sehrli aləminə səyahət etdilər2-06-2017, 15:25 |
“Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdir” deyirik. Bu baxımdan gələcəyimiz olan uşaqlara qayğı və diqqət bu gün həm dövlətin, həm də özəl şirkətlərin fəaliyyətinin əsas istiqamətidir. Yarandığı gündən etibarən uşaqlara özəl diqqət göstərən “Azercell Telekom” MMC uşaq hüquqları və uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün müxtəlif layihələr həyata keçirir və uşaqların rifahının yüksəlməsinə dair sərmayə yatırır. Ənənəyə sadiq qalaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə də Azercell Telekom uşaqları diqqət mərkəzində saxladı. Uşaqlara kitabı və mütaliəni aşılamaq, sevdirmək məqsədilə Azercell Telekom “Aqil & Bilgi” və “Starbucks Azerbaijan”ın dəstəyi ilə “Oxu günü” təşkil etdi. Tədbiri giriş sözü ilə açan Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskayanın sözlərinə görə, ötən il Azercell tərəfindən istifadəyə verilən “Təhlükəsiz interneti Azercell-lə yaşa” layihəsinin bu il ikinci mərhələsinə başlanılıb: “İnternetdən istifadəni təhlükəsiz və faydalı etmək bizim Sosial Məsuliyyət sahəsində əsas məqsədlərimidən biridir. Keçən il başladığımız “Təhlükəsiz İnterneti Azercell-lə yaşa” layihəsininn davamı olaraq bu il biz Bakıda və Azərbaycanın rayonlarında valideyn və uşaqlarla internet təhlükəsizliyi mövzusunda gorüşlər təşkil edəcək, müxtəlif təlimlər keçirəcəyik. Layihə və partnyorlarımız haqqında ətraflı məlumat yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq” - deyə Nigar Şıxlinskaya bildirdi. 1 iyun 2017-ci il saat 15:00-da Gənclik Malldakı Starbucks kafedə baş tutan layihə çərçivəsində uşaqlar üçün Antuan de Sent-Ekzuperinin "Balaca şahzadə" əsəri oxundu, daha sonra kitabla bağlı müzakirələr aparıldı, uşaqlar möcüzəli dünyası olan balaca şahzadənin sehrli aləminə səyahət etdilər. Əsəri uşaqlar üçün təmənnasız olaraq məşhur radio DJ-ləri İlahə Şıxlinskaya və Ağa Nadirov oxudular. Azercell-in balaca dostlarına hazırladığı bayram sürprizləri bununla bitmədi. İyunun 1-i Bəsti Bağırova küçəsi 2, Z.Tağıyev küçəsi 26 A və 28 May küçəsi 33 A AZEX ofislərinə gələn uşaqlı müştərilərə keçən il bu tarixdə istifadəyə verilmiş “Kaspersky Safe Kids” xidmətindən 6 aylıq pulsuz istifadə kuponları və kiçik hədiyyələr verildi. Azercell-in uşaqlarla bağlı həyata keçirdiyi layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”, “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi layihələri misal göstərmək olar. Geri qayıt |