Əsas Səhifə > Güney Press, Reklam > Baramanın “Wake me up” layihəsi 1 milyon ABŞ dolları qazanmaq üçün mübarizəyə qoşulacaq
Baramanın “Wake me up” layihəsi 1 milyon ABŞ dolları qazanmaq üçün mübarizəyə qoşulacaq4-05-2017, 12:22 |
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Seedstars World müsabiqəsinin qalibi bəlli oldu. 3 may tarixində PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutdu. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəldi. Qeyd edək ki, layihənin iştirakçıları SABAH qrupları tələbələridir. “Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" oldular. Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Azərbaycanın telekommunikasiya sahəsinin lideri "Azercell Telekom" MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov isə Seedstars World səfiri seçilib. Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə yardım edir. Geri qayıt |