Əsas Səhifə > Güney Press, Reklam > “Nar” operatoru gənc kadrların formalaşmasına dəstək verir

“Nar” operatoru gənc kadrların formalaşmasına dəstək verir


22-11-2016, 12:32
“Nar” operatoru gənc kadrların formalaşmasına dəstək verir
“Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir.

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” bu il də “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək vermək qərarına gəlib.

Azərbaycan Respublikası Təhsil nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, Yüksək Texnologiyalar Parkı və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Qeyd edək ki, Azərbaycanda sözügedən müsabiqə ildə bir dəfə olmaqla artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edirlər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”.

Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

21 noyabr 2016-cı il tarixdə müsabiqə münasibətilə təşkil olunmuş görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalara malik gənclər üçün mövcud olan imkanlar haqqında məlumatlandırılması idi. Tədbirdə informasiya texnologiyaları və biznesin inkişafı istiqamətində yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul, proqram və təşəbbüslər təqdim olunub. Görüş çərçivəsində ənənəvi “Microsoft Imagine Cup – 2017” müsabiqəsinin şərtləri izah olunub. Bununla bərabər, tələbələr üçün nəzərdə tutulan digər layihə və imtiyazlar da tədbirdə müzakirə edilən mövzular arasında yer alıb.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Geri qayıt