Əsas Səhifə > Güney Press, Reklam > NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!

NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!


19-07-2016, 08:47
NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!
16-17 iyul tarixlərində NIKOIL | Bank-ın alpinistlərdən ibarət yığma komandası Gürcüstanda növbəti təlim-məşq toplantısı keçiriblər.

Bu tədbirdə NIKOIL | Bank-ın baş ofisi daxil olmaqla bankın 21 filialından təmsilçi iştirak edirdi. NIKOIL | Bank-ın İdarə Heyətinin sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla 34 nəfərdən ibarət yığma komanda qonşu ölkənin Muxadze (3200 m.) və Tikanadze (3400 m.) zirvələrini fəth etdi.

Ənənəyə uyğun olaraq hər iki zirvədə Azərbaycan Respublikasının və NIKOIL | Bank-ın bayraqları qaldırıldı. Qeyd etmək istərdik ki, Muxadze zirvəsi mürəkkəblik dərəcəsinə görə 1A kateqoriyasına, Tikanadze zirvəsi isə mürəkkəblik dərəcəsinə görə 2A kateqoriyasına aiddir.

NIKOIL | Bank-ın alpinistlərdən ibarət yığmasının qarşısında Azərbaycan, Gürcüstan, Rusiya və İranda artıq heç bir fəth edilməz zirvə qalmayıb. Bankın alpinist yığması üzvlərinin sayı hər il artmaqdadır.

NIKOIL | Bankda futbol fitnes və yaxtinq kimi idman növlərinə aid komandaların mövcudluğu, bank rəhbərliyinin kollektivdə milli ruhun artırılması və sağlam həyatın təbliğatı istiqamətində böyük işlər gördüyünün nəticəsidir.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!
NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!
NIKOIL | Bank növbəti hündür pilləni fəth edir!

Geri qayıt