Əsas Səhifə > Güney Press, Reklam > "Nar" qalibləri mükafatlandırdı
"Nar" qalibləri mükafatlandırdı6-06-2016, 15:26 |
"Nar"ın ənənəvi olaraq dəstək verdiyi "Brain Ring" intellektual bilik yarışlarının yeddinci mövsümü davam edir. Builki yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır. "Brain Ring" intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Efirdə səslənən suala "Twitter" hesabında @salam_nar təqi vasitəsilə ən tez və dolğun cavab vermiş "Twitter" istifadəçiləri "Nar"dan 4G-modem və 1 aylıq yüksəksürətli internet trafik qazanırlar. Qeyd edək ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə "Brain Ring" və "Nar" tərəfindən təşkil edilən onlayn müsabiqə verilişin yayımı zamanı aparıcı tərəfindən tamaşaçılar üçün səsləndirilən suallar əsasında aparılır. "Brain Ring" həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar"dan hədiyyə qazanmaq şansı əldə edirlər. May ayının qalibləri olan "Twitter" istifadəçiləri: @p_nahov, @BahruzNovruzov, @1elvinn və @azer_145. Ətraflı məlumatı mobil operatorun "Twitter" hesabından (@salamnar) əldə etmək mümkündür. Geri qayıt |