Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" və "Kaspersky Lab" internet təhlükəsizliyi üzrə əməkdaşlığa başlayıblar
"Azercell" və "Kaspersky Lab" internet təhlükəsizliyi üzrə əməkdaşlığa başlayıblar1-06-2016, 15:29 |
"Azercell" internetdə uşaqların müdafiəsinə xüsusi önəm verən internet təhlükəsizliyi sahəsində "Kaspersky Lab" şirkəti ilə əməkdaşlığa başlayıb. Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq. "Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir." Bu fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata keçirdiyi "Azercell-lə internet təhlükəsizdir!" layihəsinin təqdimatında səslənib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib. Tədbirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi ilə bağlı qısa məlumat da açıqlanıb. Daha sonra "Ümidli Gələcək" gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov "Azercell-lə internet təhlükəsizdir!" layihəsi haqqında məlumat veriblər. Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi - "Universal Müdafiə" xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır. İkinci məhsul olan "Android üçün müdafiə" xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security - Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır. Üçüncü məhsul "Valideyn nəzarəti" adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir. Əməkdaşlığa dair fikirlərini bildirən Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd etmişdir: "Azərbaycanın aparıcı telekommukasiya şirkəti Azercell-lə tərəfdaş olmaqdan məmnunuq. İndi Azercell-in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. PK istifadəçiləri və Android platforması ilə işləyən cihaz sahiblərinin müdafiəsi üçün təqdim etdiyimiz məhsullar dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacaq. Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcayıq". Tədbiri maraqlı edən məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri "Active Moms Club" analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına Pantomima teatrının "Fəlakət və insan" tamaşası təqdim olunub və hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub. Kaspersky Lab 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. Kaspersky Lab-ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. Kaspersky Lab şirkətinin texnologiyaları 400 milyon istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru Geri qayıt |