Əsas Səhifə > Güney Press, Reklam > Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb


1-03-2016, 10:48
Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb
DİA.AZ: - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı vəmöhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

DİA.AZ xəbər verir ki, memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.

Fevralın 29-da baş tutan görüşdə tərəflər könüllü fəaliyyət sahəsindəki əməkdaşlıq çərçivəsində könüllülük fəaliyətinin təşviqi və təbliği haqqında razılığa gəliblər.

İmzalanma mərasimində çıxış edən İrana Əhmədova, “ASAN xidmət”lə olan əməkdaşlığın Avropa Qran Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib: “ “ASAN xidmət”in könüllüləri hər zaman öz intizamı, bacarıqları ilə seçilirlər və onlara tapşırılmış işləri yüksək səviyyədə həyata keçirmək üçün əllərindən gələni edirlər. Məhz Avropa Qran Prisində belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcəkdir”.

Daha sonra çıxış edən Elvin Paşayev qeyd edib ki, “ASAN xidmət” ilə Bakı Şəhər Halqası arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaratmış olacaq. O vurğulayıb ki, ASAN könüllülərinin bu önəmli yarışda könüllü kimi iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün “ASAN xidmət” mərkəzlərində BŞH-nın Könüllülük Proqramı və Avropa Qran Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.

Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb

Geri qayıt