Əsas Səhifə > Güney Press, Reklam > Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq
Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq16-02-2016, 17:59 |
"Bakcell" manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən digər mobil operatorlarla müqayisədə daha yaxşı çıxır. Bu barədə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib. R. Şirerin sözlərinə görə, "Bakcell"in müştərilərinin sayında azalma yoxdur: "Sadəcə, bəzi müştərilərimizin xərcləri bir qədər azalıb. Bəzi müştərilər "Bakcell"lə yanaşı, digər mobil operatorların da xidmətlərindən istifadə edirlər. Lakin əminliklə deyə bilərəm ki, müştərilər xərclərinin böyük hissəsini "Bakcell" üzərindən həyata keçirir. Bu, bir tendensiyadır". Baş icraçı direktor qeyd edib ki, şirkətin istər mobil danışıq, istərsə də mobil internet seqmentində azalma müşahidə olunur: "Ümumiyyətlə, SMS-lər bir seqment kimi yox səviyyəsinə enib. Abunəçilər əlavə yükləmələrin sayını da azaldırlar". Geri qayıt |