Azərbaycanda MTK adını dəyişir .....                     Azərbaycanda 62 minlik tikinti şirkəti .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradılıb .....                     "Zəngəzur dəhlizi Azərbaycanın həm Türk Dünyasına açarıdır, .....                     Azərbaycana qarşı təhdidlərin ünvanları .....                     Minimum əməkhaqqı bu qədər ARTACAQ .....                     "Əli Kərimliyə tapşırıq verirlər ki, Azərbaycan Prezidentinin mövqeyinin əleyhinə danış..." .....                     Məşhur müğənni telefon işlətmir .....                     “Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ .....                     Müəllimənin hərəkəti müzakirə edildi: .....                     “PAŞA Sığorta”da yeni təyinat .....                     Nazirlik 4 tenderə yekun vurdu .....                     Naxçıvan Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən .....                     Azərbaycan mütləq təzminat məsələsini ortaya qoymalıdır .....                     Tibb Universitetində “mini yubka” qalmaqalı .....                     Son 10 ildə kitabların sayı 15, oxucuların sayı isə 5,6 faiz azalıb .....                     Bakı həbsxanasında daha bir məhkum .....                     Nazirə məxsus olduğu deyilən şirkət 300 minlik tenderin qalibi oldu .....                     "Sülh sazişi heç vaxt imzalanmayacaq" .....                     “Turan Tovuz” sıradan çıxarılır: .....                     Keçmiş deputatın oğlu İbrahimovun şirkətini .....                     Tanışına 14 bıçaq zərbəsi vuran şəxsin MƏHKƏMƏSİ: .....                     Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistanın gərginliyi artırması nə ilə .....                     "Özümü qismən təqsirli bilirəm" .....                     Nizamidə seçki saxtakarlığına rəhbərlik edən DSK sədri işdən qovuldu .....                     İcra başçısı Şəhid məzarını ziyarət etdi .....                     "Yoxdurmu buranın bir sahibi, məsul şəxsi?" .....                     Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub .....                     AZƏRBAYCAN BRİKCS-dən NƏ UMUR? .....                     Bölgədən gələn mesaj Türkiyəni hərəkətləndirdi .....                     Ermənistan min bir bəhanə ilə SÜLH DANIŞIQLARINI POZDU .....                     Finoko BOKT zərər açıqladı .....                     Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır .....                     “Gəlinim oğluma xəyanət etdi” .....                     Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb .....                     Samir Piriyevin xanımının məktəb direktoru ilə bağlı iddialarına .....                     Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur?! .....                     7 min pul alırlar, öyrətdiklərinə bax: .....                     İcazəsiz kiminsə şəklini çəkmək məsuliyyət yaradır? .....                 

Prezidentin xəbərdarlığı: Müharibə BAŞLAYIR!? - Sülh istəyiriksə, SAVAŞA hazır olmalıyıq?
Tarix: Dünən, 10:50 | Çap et
Prezidentin xəbərdarlığı: Müharibə BAŞLAYIR!?
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. APA xəbər verir ki, dövlət başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Prezident onu da deyib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır.

Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlət başçısı bəyan edib ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Prezidentin bu açıqlamaları və xəbərdarlığı vəziyyətin ciddiliyindən və hər an müharibə ehtimalının olduğundan xəbər verir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib: "Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azrbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, "Ermənistan ordusunda beşinci kolon" mövcuddur. Bu isə o deməkdir ki, həmin “beşinci kolon” müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. Ona görə də Prezidentin xəbərdalığı və açıqlaması həm də “hər an müharibəyə hazır olun” deməkdir".

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıb” cümləsini işlətməsi ciddi məsələyə işarədir: “Bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda MTK adını dəyişir
Bu gün, 00:10
Azərbaycanda 62 minlik tikinti şirkəti - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni lizinq şirkəti yaradılıb
Bu gün, 00:02
"Zəngəzur dəhlizi Azərbaycanın həm Türk Dünyasına açarıdır, həm də dünyaya açılan qapısıdır"
Dünən, 19:10
Azərbaycana qarşı təhdidlərin ünvanları – Prezidentin mesajlarının pərdəarxası
Dünən, 19:00
Minimum əməkhaqqı bu qədər ARTACAQ - AÇIQLAMA
Dünən, 18:56
"Əli Kərimliyə tapşırıq verirlər ki, Azərbaycan Prezidentinin mövqeyinin əleyhinə danış..." - Elman Nəsirov
Dünən, 18:06
Məşhur müğənni telefon işlətmir - SƏBƏB
Dünən, 18:04
“Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan
Dünən, 18:01
Müəllimənin hərəkəti müzakirə edildi: - İcazəsiz kiminsə şəklini çəkmək...
Dünən, 17:59
“PAŞA Sığorta”da yeni təyinat - ƏMR
Dünən, 17:56
Nazirlik 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 17:50
Naxçıvan Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən AZAD EDİLİB
Dünən, 17:45
Azərbaycan mütləq təzminat məsələsini ortaya qoymalıdır - ÇAĞIRIŞ
Dünən, 17:43
Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?
Dünən, 17:41
Son 10 ildə kitabların sayı 15, oxucuların sayı isə 5,6 faiz azalıb – Rəsmi
Dünən, 17:38
Bakı həbsxanasında daha bir məhkum ÖLDÜ
Dünən, 17:36
Nazirə məxsus olduğu deyilən şirkət 300 minlik tenderin qalibi oldu - DETALLAR
Dünən, 17:26
"Sülh sazişi heç vaxt imzalanmayacaq" - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:25
“Turan Tovuz” sıradan çıxarılır: - Hakim ədalətsizliyi, yoxsa məqsədli plan
Dünən, 17:22
Keçmiş deputatın oğlu İbrahimovun şirkətini MƏHKƏMƏYƏ VERDİ
Dünən, 17:20
Tanışına 14 bıçaq zərbəsi vuran şəxsin MƏHKƏMƏSİ: - “Məni görüb salam vermədi”
Dünən, 17:17
Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Dünən, 17:15
Ermənistanın gərginliyi artırması nə ilə YEKUNLAŞACAQ?
Dünən, 17:01
"Özümü qismən təqsirli bilirəm" - Sosial şəbəkədə dövlətə qarşı çağırışlar edənin cinayət işi
Dünən, 16:58
Nizamidə seçki saxtakarlığına rəhbərlik edən DSK sədri işdən qovuldu - FOTO
Dünən, 16:54
İcra başçısı Şəhid məzarını ziyarət etdi - FOTO
Dünən, 16:50
"Yoxdurmu buranın bir sahibi, məsul şəxsi?" - NARAZILIQ VAR...
Dünən, 16:46
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Dünən, 16:43
AZƏRBAYCAN BRİKCS-dən NƏ UMUR? – “Nəqliyyat və logistika üzrə mexanizmlər və alətlər yaradır...”
Dünən, 16:40
Bölgədən gələn mesaj Türkiyəni hərəkətləndirdi - "Güzəşt olmayacaq"
Dünən, 16:36
Ermənistan min bir bəhanə ilə SÜLH DANIŞIQLARINI POZDU - YENİ SAVAŞ ŞƏRTDİR...
Dünən, 16:32
Finoko BOKT zərər açıqladı - YENİ HESABAT
Dünən, 16:26
Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır - FAKT BUDUR!
Dünən, 16:22
“Gəlinim oğluma xəyanət etdi” - Tanınmış aktrisa
Dünən, 16:20
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
Dünən, 16:13
Samir Piriyevin xanımının məktəb direktoru ilə bağlı iddialarına - CAVAB
Dünən, 16:00
Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur?! - VİDEO
Dünən, 15:56
7 min pul alırlar, öyrətdiklərinə bax: - “Repetitorluq leqallaşmalıdır”
Dünən, 15:45
İcazəsiz kiminsə şəklini çəkmək məsuliyyət yaradır?
Dünən, 15:44
Qarabağ Universitetin incəsənət və turizm fakültələri Şuşaya, aqrar fakültəsi Xocalıya köçürüləcək - AÇIQLAMA
Dünən, 15:40
Müəllimin qızın fotosunun paylaşılmağa haqqı yoxdur - ETİRAZ VAR...
Dünən, 15:37
"Paşinyanla Putin arasında heç bir oyun-filan yoxdur - Rusiyanın gücü bura qədərdir...”
Dünən, 15:34
Gömrük Komitəsi müsadirə etdiyi malın nə olduğunu bilmir? - İLGİNC
Dünən, 15:31
Masallıda dəhşətli olay: Gənc oğlan dostunu arvadı ilə tutdu... – ŞOK TƏFƏRRÜAT
Dünən, 15:30
Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək
Dünən, 15:17
"Nazirə də demişəm o bina muzey olmalıdır" - Dövlət Xidmətindən alimin təklifinə REAKSİYA
Dünən, 15:12
Naxçıvan gömrüyü ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?!
Dünən, 15:08
Bu şirkət tibbi qurumu 2 milyonluq avadanlıqla təmin etdi - TENDER NƏTİCƏSİ
Dünən, 15:03
25 ilin üstündən xətt çəkmək olmaz - Müavini Pənah Hüseynə qarşı
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru