Urmiya gölü qurudu: .....                     “Yelo Bank”ın bu ay 135 məhkəməsi var: .....                     Qafqaza müharibə və sülhü kim gətirəcək? .....                     Bağçalarda döyülən UŞAQLAR: .....                     İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir: .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     "İran din qardaşı dediyi Azərbaycana qarşı düşmən mövqeyində dayanmağa davam edir" .....                     Azərbaycanlı idmançı 500 000 dolları necə əldən verdi? .....                     Həbsxana rəisindən Qarabağ ermənilərinə: .....                     Türkiyə lirəsi 38 qəpiyə enəcək .....                     Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq? .....                     “Diamond Motors” ölkədən külli miqdarda pul çıxarıb? .....                     İrəvanın yeni müharibə hazırlığı: Kimə qarşı? .....                     Prokuror Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbərinə cəza tələb edib .....                     Simonyan Bakını hədəfə alan ölkəyə getmək istədi, zəng vurdular .....                     Valideynlərin qarışması məsələnin böyüməsindən başqa bir şey deyil .....                     “Bakı Şampan Şərabları”na 2 000 manatadək cərimə protokolu yazılıb .....                     Cəbrayılda musiqi məktəbi tikilir, 2 milyonluq .....                     Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ... .....                     "Evlərindəki kişi bunlara deməlidir ki, bəsdirin" .....                     “Bu Şəhərdə” komandasından keçmiş deputata .....                     "Qış parkı"na keçmək istəyənlər daş pilləkənə möhtac qalıb .....                     Bakıda iş adamı sevgilisini hədələdi, saxlanıldı .....                     AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir? .....                     Naxçıvanda olay: Ərli qadın sevgilisinə yuxu dərmanı verdi və... .....                     "Uşaqlarımın birinin 17, o birinin də 32 yaşı var" .....                     Ermənistanın növbəti şousu: .....                     “Qırmızı diplom”lu müəllimlərə daha yüksək maaş? .....                     Təbrizdə şagirdlərə azərbaycanca kitablar paylandı .....                     Qətərdəki səfirimizin inanılmaz əməlləri... .....                     "Respublika Perinatal Mərkəz"də baş verən yanğınla bağlı .....                     Qarabağın bərpasına bir qəpik qıymayan Adil Vəliyev... .....                     Azərbaycanda pensiya yaşı azaldılır? .....                     Moskva Cənubi Qafqazda təsirini itirir .....                     Naxçıvana bileti “SİMA İmza” ilə ala bilərsiniz .....                     "Bildiyin ən axırıncı bankdır bunlar..." .....                     Mənfəəti azalan MİDA-nın ALAYARIMÇIQ HESABATI... .....                     “Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub .....                     Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib .....                     Ermənistanda Azərbaycan suları satılır .....                 

İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir: - Fransa diktatorunu isə Yelisey sarayından qovurlar
Tarix: Bu gün, 18:00 | Çap et
İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir:
Ermənistanın əsas beynəlxalq himayədarları olan iki önəmli ölkədə kifayət qədər ciddi daxili siyasi problemlər mövcuddur. Belə ki, həm ABŞ-da, həm də Fransa da olduqca ciddi siyasi böhran yaşanmaqdadır. Üstəlik, hər iki ölkədə siyasi böhran dərinləşməkdə davam edir. Hətta bu proses o qədər intensiv xarakter daşıyır ki, həm ABŞ-da, həm də Fransa da yaxın vaxtlarda siyasi hakimiyyət dəyişikliyi baş verərsə, qətiyyən gözlənilməz xarakter daşımayacaq. Və bu baxımdan, Ermənistana verilən beynəlxalq dəstəyin yaxın gələcəkdə nisbətən zəifləyə biləcəyi istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-da növbəti prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası siyasi qarşıdurmanı son həddə qədər güclənidirb. Bayden administrasiyası Ağ Evə sahiblik hüququnu daha dörd il üçün qorumaq məqsədilə bütün mümkün vasitələrdən, hətta inzibati təzyiq metodlarından belə, istifadə edir. Belə ki, bir müddət öncəyə qədər Bayden administrasiyasının əsas siyasi rəqibi, keçmiş Ağ Ev sahibi Donald Trampın seçki marafonundan kənarlaşdırılması üçün yolverilməz variantlar işə salınmışdı. Və Donald Trampın çoxsaylı məhkəmə prosesləri ilə ABŞ prezidentliyi uğrunda mübarizədən kənarlaşdırmağa çalışırdılar.

Ancaq Bayden administrasiyasının bütün cəhdlərinə baxmayaraq, keçmiş prezident inzibati təzyiqlərə tab gətirməyi bacardı. İndi Bayden administrasiyasının prezidentliyə namizədi Kamala Harris keçmiş Ağ Ev sahibi ilə ABŞ-ın dövlət başçısı postu uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yəni, bundan sonrakı mərhələdə Ağ Evin yeni sahibinin kimliyini məhz ABŞ seçiciləri müəyyən edəcəklər. Və bu, Bayden administrasiyasının hakimiyyəti itirmə ehtimalını hər halda, aktual saxlayır.

Ona görə də, birbaşa Donald Trampı seçkidən kənarlaşdırmağı bacarmayan Bayden adminitrasiyası keçmiş Ağ Ev sahibini dəstəkləyən nüfuzlu şəxsləri hədəfə almağa, onlara qarşı təzyiqləri gückəndirməyə başlayıb. Belə ki, Donald Trampın əsas tərəfdarları və dəstəkçiləri sırasında yer alna İlon Mask da məhkəməyə verilib. Ona qarşı bir necə ittiham üzrə məhkəmə prosesi başladılıb. Və İlon Mask isə üzləşdiyi təzyiq dalğasını məhz birbaşa onun Donald Trampı dəstəkləməsindən qıcıqlanan Bayden administrasiyasının səhnəarxası siyasi sifarişləri ilə əlaqələndirib.

Təbii ki, Ermənistanı israrla dəstəkləyən və Azərbaycana qarşı əsassız mövqeyi ilə münasibətləri korlanmaq həddinə çatdırmış Bayden administrasiyasının hakimiyyətdən kənarlaşdırılması Cənubi Qafqazda da sülh prosesinin pozitiv inkişafına geniş imkanlar aça bilər. Çünki hazırda davamlı olaraq, sülhdən danışan Ağ Ev ABŞ-ın Cənubi Qafqazdakı geopolitik maraqları naminə Ermənistanı silahlandırmaqla, bu regionda hərbi-siyasi gərginliyi artırır, yeni savaş təhlükəsi yaradır. Və bu baxımdan, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsi Cənubi Qafqazda sülh prosesi qarşısındakı əsas əngəllərdən birini aradan qaldıra bilər.

Cənubi Qafqazda sülh prosesini bloklamağa çalışan digər ölkəyə - Fransaya gəldikdəsə, bu ermənipərəst ölkədə də siyasi böhran dərinləşməyə başlayıb. Belə ki, prezident Emmanuel Makronun partiyası iki ardıcıl seçkidə sarsıdıcı məğluniyyətə uğrayıb. Xüsusilə də, sonuncu parlament seçkilərində ağır məğlubiyyət Makron hakimiyyətinin siyasi dayaqlarını sıradan çıxartmağa başlayıb. Və ona görə də, prezident Emmanuel Makron inzibati-amirlik sisteni quraraq, Fransada diktatura rejimi yaratmağa can atır.

Təbii ki, prezident Emmanuel Makronun Fransanı avtoritarizmə və diktaturaya sürükləmək cəhdləri ölkə daxilində kəskin etirazlarla, sərt müqavimətlə qarşılanmaqdadır. Makron hakimiyyətinə müxalif mövqedə olan və parlamentdə çoxluğu ələ keçirtmiş siyasi qüvvələr arasında birləşmə prosesi də intensivləşib. Hətta bunun ilkin nəticələri də mövcuddur. Və belə davam edərsə, prezident Emmanuel Makron vaxtından əvvəl hakimiyyətini itirə, Yelisey sarayından qovula bilər.

Məsələ ondadır ki, müxalif siyasi qüvvələr Fransa parlamentinə prezident Emmanuel Makrona qarşı impiçmentin tətbiq olunması barədə müraciət təqdim ediblər. Fransa parlamenti isə bu müraciəti araşdırma prosesi üçün məqbul hesab edərək, icraata götürüb. Bu, Fransa tarixində ilk belə hadisədir. Çünki buna qədər Fransa tarixində heç bir prezident barədə analoji məzmunlu müraciət icraata qəbul edilməmişdi. Və prezident Emmanuel Makron barəsində impiçment araşdırması başladılmış ilk Fransa dövlət başçısı kimi ölkəsinin tarixinə düşməyi bacarıb.

Bəzi iddialara görə, prezident Emmanuel Makrona qarşı impiçment tələbinin müsbət nəticələnmə ehtimalı kifayət qədər yüksəkdir. Əgər, bu proses eyni istiqamət üzrə inkişaf edərsə, prezident Emmanuel Makronun prezident səlahiyyətlərinin ləğv edilməsi və Fransada növbədənkənar seçkilərin təyin edilməsi qaçılmaz olacaq. Və bu isə o deməkdir ki, Ermənistan özünün ən qatı dəstəkçisini itirmək təhlükəsi ilə üzləşib.

Hər halda, onu da nəzərə almaq lazımdır ki, Fransa həmişə ermənipərəst ölkə olsa da, bu ölkənin əvvəlki prezidentləri beynəlxalq hüquq normalarının arxasında gizlənməyə daha çox üstünlük verirdilər. Yəni, Ermənistana dəstək məsələsində beynəlxalq hüquq normalarının “qırmızı cizgilər”ini və Fransanın nüfuzunu da nəzərə alırdılar. Ancaq prezident Emmanuel Makron Fransanın ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. Və bu mövqeyində beynəlxalq hüquq normalarını belə, kobud şəkildə pozmağa üstünlük verir.

Belə anlaşılır ki, hazırda həm ABŞ, həm də Fransa siyasi hakimiyyət dəyişikliyi ilə yekunlaşa biləcək böhranlı mərhələyə qədəm qoyub. Əslində, bu iki ölkədə hakimiyyətlər dəyişsə belə, ABŞ və Fransa Ermənistana dəstək verməkdə davam edəcək. Ancaq qətiyyən istisna deyil ki, hər iki ölkənin yeni hakimiyyətləri ermənipərəst mövqelərini indiki kimi qabarıq şəkildə nümayiş etdirməyə də bilər. Və bu, o deməkdir ki, Ermənistanın beynəlxalq dəstəyinin yaxın vaxtlarda nisbətən zəifləmə ehtimalı kifayət qədər inandırıcıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Urmiya gölü qurudu: - 5 milyon insanın həyatı təhlükə qarşısında
Bu gün, 19:10
“Yelo Bank”ın bu ay 135 məhkəməsi var: - 7 ailə evindən çıxarılır
Bu gün, 19:02
Qafqaza müharibə və sülhü kim gətirəcək? - İNCƏLƏMƏ
Bu gün, 19:00
Bağçalarda döyülən UŞAQLAR: - Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?
Bu gün, 18:56
İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir: - Fransa diktatorunu isə Yelisey sarayından qovurlar
Bu gün, 18:00
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:57
"İran din qardaşı dediyi Azərbaycana qarşı düşmən mövqeyində dayanmağa davam edir" - VİDEO
Bu gün, 17:56
Azərbaycanlı idmançı 500 000 dolları necə əldən verdi? - AÇIQLAMA
Bu gün, 17:53
Həbsxana rəisindən Qarabağ ermənilərinə: - “Bu hambalları burdan rədd eləmək lazımdır”
Bu gün, 17:43
Türkiyə lirəsi 38 qəpiyə enəcək - The Economist
Bu gün, 17:39
Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?
Bu gün, 17:37
“Diamond Motors” ölkədən külli miqdarda pul çıxarıb? - AÇIQLAMA
Bu gün, 17:34
İrəvanın yeni müharibə hazırlığı: Kimə qarşı? - AKTUAL
Bu gün, 17:27
Prokuror Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbərinə cəza tələb edib - TƏFƏRRÜAT
Bu gün, 17:22
Simonyan Bakını hədəfə alan ölkəyə getmək istədi, zəng vurdular - “Gəlməyin”
Bu gün, 17:18
Valideynlərin qarışması məsələnin böyüməsindən başqa bir şey deyil - Məktəbdə münaqişə
Bu gün, 17:16
“Bakı Şampan Şərabları”na 2 000 manatadək cərimə protokolu yazılıb
Bu gün, 17:13
Cəbrayılda musiqi məktəbi tikilir, 2 milyonluq - TENDER UDULDU
Bu gün, 17:04
Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ... - Piyada nə etsin?
Bu gün, 17:00
"Evlərindəki kişi bunlara deməlidir ki, bəsdirin" - REAKSİYA
Bu gün, 16:51
“Bu Şəhərdə” komandasından keçmiş deputata SƏRT CAVAB
Bu gün, 16:46
"Qış parkı"na keçmək istəyənlər daş pilləkənə möhtac qalıb - Sadəcə açılış günü işləyən ekskalatorlar...
Bu gün, 16:44
Bakıda iş adamı sevgilisini hədələdi, saxlanıldı - Cərimə olundu
Bu gün, 16:34
AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:32
Naxçıvanda olay: Ərli qadın sevgilisinə yuxu dərmanı verdi və... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:25
"Uşaqlarımın birinin 17, o birinin də 32 yaşı var"
Bu gün, 16:19
Ermənistanın növbəti şousu: - 7 nəfər ilə Paşinyanı DEVİRƏCƏKLƏR?
Bu gün, 16:13
“Qırmızı diplom”lu müəllimlərə daha yüksək maaş? - ŞƏRH
Bu gün, 16:07
Təbrizdə şagirdlərə azərbaycanca kitablar paylandı - KİV
Bu gün, 16:06
Qətərdəki səfirimizin inanılmaz əməlləri... - Sensasion yeyinti
Bu gün, 16:05
"Respublika Perinatal Mərkəz"də baş verən yanğınla bağlı MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 16:04
Qarabağın bərpasına bir qəpik qıymayan Adil Vəliyev... - Dubaya milyonlar axıdır...
Bu gün, 16:00
Azərbaycanda pensiya yaşı azaldılır? - "Qadınların pensiya yaşı hər il ..."
Bu gün, 15:46
Moskva Cənubi Qafqazda təsirini itirir - “Iran Nuances”
Bu gün, 15:43
Naxçıvana bileti “SİMA İmza” ilə ala bilərsiniz - Diqqət!
Bu gün, 15:40
"Bildiyin ən axırıncı bankdır bunlar..." - GİLEY
Bu gün, 15:38
Mənfəəti azalan MİDA-nın ALAYARIMÇIQ HESABATI... - FOTO
Bu gün, 15:33
“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub - Diqqət!
Bu gün, 15:31
Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 15:28
Ermənistanda Azərbaycan suları satılır - FOTO
Bu gün, 15:26
Paşinyanın YENİ HİYLƏSİ... - ÇALIŞIR Kİ...
Bu gün, 15:19
Azərbaycanın atom elektrik stansiyasına ehtiyacı varmı? - GƏLİŞMƏ
Bu gün, 15:17
Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM
Bu gün, 15:15
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir - MƏQALƏ
Bu gün, 15:13
Simonyanın Kanadaya səfəri təxirə salındı - İLGİNC SƏBƏB
Bu gün, 15:12
Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili öyrədiləcək
Bu gün, 15:10
İsrailin Hizbullahın mövqelərinə zərbələri nəticəsində azı 50 nəfər ölüb, 300-dən çox yaralı var
Bu gün, 15:09
Prezident onu görəvdən aldı - SƏBƏB
Bu gün, 15:05
Prezident İlham Əliyev Əli Əhmədovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 15:04
Azərbaycanın Rusiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM
Bu gün, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru