BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün gündəmi Cənubi Qafqazda sülh prosesi, Ankara-İrəvan münasibətlərinin normallaşması, sərhədlərin açılmasıdır. - Ankaranın tələbi məlumdur: Bakının şərtləri çərçivəsində sülh əldə edildikdə, yaxud ən azı sülh szişi layihəsi razılaşdırıldıqda, İrəvanla normallaşma praktiki müstəvidə irəliləyəcək; - İrəvan Ankara ilə üçüncü tərəf – Bakı olmadan danışıqlara və sərhədlərin açılmasına çalışır; Ermənistanı Azərbaycanın maraqları nəzərə alınmadan normallaşa prosesinə razı salmaq məqsədilə iki istiqamətdə işləyir. Birincisi diplomatik danışıqlardır: Paşinyanın Ərdoğanla görüşdən umduğu da budur, hərçənd, bu yolla nəticə əldə etməyin mümkün olmadığını da anlayırlar; İkincisi və ən çox ümid etdikləri Qərbdən Ankaraya təzyiqin edilməsidir: erməni diasporu/lobbisi bu planda İrəvanla paralel şəkildə işləyir; Paşinyanın Ərdoğanla görüşdüyü gün Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərini Türkiyə ilə sərhədə - “Marqara” keçid məntəqəsinə aparması da bu kontekstdə təsadüfi deyil. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasında “üzərinə düşən hər şeyi” etdiyini nümayiş etdirir və Qərbə “Ankaranın razı salınmasına dəstək verin” mesajı ötürür.